» » Toya hazırlaşan Dilarə nişanlısından danışdı

Toya hazırlaşan Dilarə nişanlısından danışdı

Bölmə: Şou
Toya hazırlaşan Dilarə nişanlısından danışdı
“Eurovision 2014” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən ifaçı Dilarə Kazımova nişanlanması barədə maraqlı açıqlamalar verib.

Xalqinfo.az-in məlumatına görə, yerli telekanallardan birinə müsahibə verən müğənni nişanlısı barədə danışıb. O, ailə qurmaq üçün seçdiyi şəxs ilə müsabiqədən öncə tanış olduğunu deyib. Toyuna hazırlıqlar görən Dilarə ailə qurduqdan sonra da sənətinə davam edəcəyini bildirib:

“Nişanlım səs yarışmasında da, “Eurovision” ərəfəsində də mənə dəstək olub. Çox vaxt deyirlər ki, qadınlar ərə gedəndən sonra sənəti atır, amma məndə belə olmayacaq. Bu adam bilir ki, mən peşəmi çox sevirəm, həyatımı onsuz təsəvvür etmirəm. Bəziləri deyirlər ki, “Eurovision” düşərli olur, iştirak edən qızlar ərə gedirsən. Hətta "Bəxtvision"da adlandıranlar olur. Mən müsabiqədən əvvəl o insanla münasibətdə idim, istəyirdik müsabiqədən əvvəl nişan və toy edək. İşlərimiz çox olduğundan qərar verdik ki, sentyabr-oktyabrda olsun”.

Qeyd edək ki, Dilarənin nişanlısı Azərbaycanda fəaliyyət göstərən iş adamı kimi tanınan türk vətəndaşıdır.ans press

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler