» » Necati Şaşmaz Nihat Doğanı məhkəməyə verdi

Necati Şaşmaz Nihat Doğanı məhkəməyə verdi

Bölmə: Şou
Necati Şaşmaz Nihat Doğanı məhkəməyə verdi
“Pana Film”in sahibləri Necati Şaşmaz və Mehmet Canpolat “Kurtlar Vadisi Pusu” haqqında əsassız ittihamlar səsləndirən Nihat Doğan və Ömür Varolu məhkəməyə veriblər

Ümumilikdə 5 nəfərdən şikayətçi olan ikili “Söylemezsem Olmaz” adlı proqramda “Kurtlar Vadisi Pusu”nun bəzi səhnələrinin yanlış şərh edilməsi ilə yanaşı təhqir olunduqlarını bildirib.

İddianamədə Şaşmaz və Canpolat proqramda bu haqda danışan şəxslərin birbaşa onların adını çəkərək təhqir etdiklərini qeyd ediblər. Ərizədə serialda hər zaman FETÖ-nün əməliyyatlarını xalqa göstərdiklərini, iddiaların əsassız olduğu, məsuliyyət daşıyan bütün şəxslərdən şikayətçi olduqları yazılıb.

Bu mənada qarşı tərəfdə yer alan Bircan İpek, Cihad Zembat, Gülşah Saraçoğlu, Nihat Doğan və Ömür Varolun onlara atdığı iftira və təhqirə görə 1 il 9 ay 15 gündən 8 il 4 aya qədər həbsləri tələb edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler