» » Aktyor Corc Kluni xanımı ilə tanışlığından danışdı

Aktyor Corc Kluni xanımı ilə tanışlığından danışdı

Bölmə: Şou
Aktyor Corc Kluni xanımı ilə tanışlığından danışdı
Aktyor Corc Kluni qonaq olduğu verilişlərdən birində xanımı Amal Kluni ilə tanışlığından bəhs edib.

Xalqinfo.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, ilk evliliyi alınmadıqdan sonra bir daha yenidən ailə qurmayacağına söz versə də, amma Amalı görəndən sonra fikrini dəyişib:

"Dostumu qonaq çağırmışdım. O da Amalla gəlmişdi. İlk dəfə orada görüşdük. Sonra bir həftə onu izlədim. Uzun müddət telefonla danışdıq, görüşdük. Bir dəfə evdə romantik şam hazırladım, üzükləri də aldım. Lirik musiqinin sədaları altında ona evlilik təklif etdim. Dedim ki, cavabı dərhal versin, çünki 52 yaşım var idi, vaxtım keçirdi. O da dərhal "Hə" dedi.

Qeyd edək ki, cütlük 2014-cü ildə ailə qurublar. Amal əkiz uşaqlara hamilədir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler