» » “Guya 20 minə toya gedir...” -

“Guya 20 minə toya gedir...” - Qalmaqal

Bölmə: Şou
“Guya 20 minə toya gedir...” -
“Şou-məkan” proqramının növbəti qonağı tanınmış müğənni Abdul Xalid olub.

Xalqinfo” xəbər verir ki, müğənni son vaxtlar instaqramın canlı yayım funksiyasından qaçan müğənnilər barəsində danışıb:

“Bu gün ifaçılar “İnstaqram”ın canlı yayımından qaçırlar. Çünki həmin vaxt saxtalıq üzə çıxır. Müğənnini 200 min adam izləyir, ancaq 20 nəfər canlı yayımda izləyir. Şükürlər olsun ki, mən heç nədən qaçmıram. Nəyim var, hamısı özüm kimi təbiidir”.

Sənətçi kimdən söz açdığını deməsə də, həmin insanı gözü götürmədiyini bildirib:

“Özümüzü gic yerinə qoymayaq. Guya bu, kapriz göstərir, bunun başı dumanlıdır, problemi var. Hamının problemi var. Heç kəsin haqqı yoxdur ki, gəlib bəhanə edib desin ki, əsəbiyəm! Qarşındakına əsəbin aidiyyatı yoxdur.

Həqiqətən, elə oldu ki, o insan məni yola verdi. Onun beş qatını da qaytardım. Bilirsiz, hər kəs yerini bilməlidir.

Yalandan mən toya 20 minə gedirəm, 200 minlik maşın sürürəm. Allah min xeyirini versin. Sadəcə olaraq, o, iş deyil. Oxumaq qışqırmaq deyil. Ümumiyyətlə, insanın mədəniyyəti varsa, onun ifası da mədəni olacaq”.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler