» » Məşhur müğənni yol qəzasına düşdü

Məşhur müğənni yol qəzasına düşdü

Bölmə: Şou
Məşhur müğənni yol qəzasına düşdü
Türkiyəli müğənni Sıla Gençoğlu yol qəzasına uğrayıb.

“Xalqinfo” nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, Ankaraya konsert vermək üçün CİP markalı avtomobillə yola çıxan sənətçinin maşını yoldan çıxaraq qəzaya düşüb.

Qeyd olunur ki, qəza zamanı Sıla ilə birlikdə avtomobildə 4 nəfər olub, sürücü istisna olmaqla onlar yaralanıblar.

Yüngül xəsarət alan Gençoğlu təcili tibbi yardım maşını ilə Düzcə Atatürk Dövlət Xəstəxanasına, digər yaralılar isə Qızıl və Sarıqayaya Dövlət xəstəxanalarına aparılıblar.

Sənətçinin meneceri Serkan Güney açıqlamasında bildirib ki, Sılanın vəziyyəti yaxşıdır: “O, xəstəxanada müayinə olundu və hazırda Ankarada konsert vermək üçün yola çıxmışıq”.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler