» » “Oğlum istəsə, sənətdən gedərəm...”

“Oğlum istəsə, sənətdən gedərəm...”

Bölmə: Şou
“Oğlum istəsə, sənətdən gedərəm...”
Müğənni Röya Ayxan şou-biznesdən gedə biləcəyini açıqlayıb.

"Xalqinfo" Musavat.com-a istinadən xəbər verir ki, bu haqda sənətçi “Lider maqazin” proqramına açıqlamasında danışıb: “Çox aşiq olsam, sənətdən gedə bilərəm. Oğlum Hüseyn də istəsə, sənətdən uzaqlaşaram. Amma inanmıram ki, Hüseyn məndən belə bir şey istəsin. Çünki anasının sənəti var”.

İfaçı həmkarının özünü ona oxşatmasına da münasibət bildirib: “Mən buna sevinirəm. Xaraktercə, qadın olaraq mənə oxşasınlar. Amma sənət olaraq mənə oxşamırlar, hər kəsin öz yolu var. Hamısının yoluna hörmət bəsləyirəm, hamını izləyirəm. Kimlə isə kimisə oxşatmaq, başqasının haqqına girməkdir. Mən çox fədakarlıq etmişəm, onlar etməsin. Ailələri varsa, fədakarlıq etsinlər, yoxdursa, etməsinlər. Çətin dövrə gəlib çıxırıq”.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler