» » “İstəmirəm ki, onlar mənim yolumla getsin” -

“İstəmirəm ki, onlar mənim yolumla getsin” - İzzət

Bölmə: Şou
“İstəmirəm ki, onlar mənim yolumla getsin” -

“Gəlin danışaq” verilişinin növbəti qonağı İzzət Bağırov olub.

Xalqinfo” xəbər verir ki, müğənni sosial şəbəkələrdəki aktivliyindən danışıb:

“İnstagramı məcburiyyət qarşısında qalıb açmışam. Gördüm ki, mənim adımdan saxta səhifələr açılır. Dostlarım da dedi ki, konsertin olacaq, konsertdən 3-4 ay öncə aç və o haqda paylaşımlar et. Düşündüm ki, açaram konsertdən sonra bağlayaram. Sonra vəziyyət belə gətirdi və alışdım silmədim. İzləyici sayı da çoxaldı, mən də işlətməyə qərar verdim. Mənim səhifəmdə 70 min adam var, onun 50 minini tanıyıram. Artıq bilirəm ki, onlar kimdir. Çox ünsiyyətdə olmuşam deyə, bilirəm".

İzzət Bağırov övladlarının yolunu davam etdirməsini istəmədiyini açıqlayıb:

“Qətiyyən istəmirəm ki, onlar mənim yolumla getsin. Bəlkə də ola bilər. Amma çalışdığım qədər uzaq tutacam. Bununla mübarizə aparacam. Mən bu sənətlə tanınıb çörək qazanmışam. Amma istəmirəm ki, mənim keçdiyim çətin yollardan keçsinlər”.


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler