» » Mahsunun filminə qadağa qoyuldu

Mahsunun filminə qadağa qoyuldu

Bölmə: Şou, BLOK XƏBƏR, MANŞET
Mahsunun filminə qadağa qoyuldu

Türkiyəli müğənni və rejissor Mahsun Kırmızıgülün lentə aldığı “Vezir parmağı” adlı yeni filminin iki rayonda yayımlanması qadağan edilib.

Xalqinfo”nun “DHA”ya istinadən verdiyi məlumata görə, Mersin şəhərinin Anamur rayonunun bələdiyyə sədri, MHP-li millət vəkili Mehmet Türe ilə Kayseri şəhərinin Dəvəli rayonunun bələdiyyə rəhbəri, AKP-li deputat Mehmet Cabbarın qərarına əsasən, film bu iki ərazidə yayımlanmayacaq.

M. Türe sosial şəbəkədə “Mən olduğum müddətdə Mahsun Kırmızıgül kimi birinin çəkdiyi “Vezir parmağı” və buna oxşar filmlər əsla Anamur sərhədləri daxilində yayımlana bilməz. PKK-ya simpatiyası olan, buna terror təşkilatı deye bilməyən və əməliyyatlara qarşı çıxaraq Türkiyəni təqsirləndirilən bu və bunun kimi sənətçilərə bizim də sözümüz olacaq” deyə yazıb.

M. Cabbar isə filmin milli-mənəvi dəyərlərə qarşı olduğunu iddia edib.


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler