» » Jurnalist Ağayeva Kamil Zeynallını məhkəməyə verdi - Kamil polisə çağrıldı

Jurnalist Ağayeva Kamil Zeynallını məhkəməyə verdi - Kamil polisə çağrıldı

Bölmə: Şou, BLOK XƏBƏR, MANŞET
Jurnalist Ağayeva Kamil Zeynallını məhkəməyə verdi - Kamil polisə çağrıldı

İdmançı Kamil Zeynallı polis şöbəsinə çağırılıb.

Bu barədə “Qafqazinfo”ya açıqlamasında jurnalist Əfruzə Ağayeva məlumat verib.

Şikayətçi bildirib ki, K. Zeynallı onu instaqram hesabında təhqir edib və xanım jurnalist həmin gün polisə müraciət edib.

Ə. Ağayeva müraicətinin ardınca Nəsimi rayon Polis Şöbəsində izahat yazıb. Bundan sonra idmançı şöbəyə çağırılıb və ifadəsi alınıb.

Jurnalist Ağayeva Kamil Zeynallını məhkəməyə verdi - Kamil polisə çağrıldı














Məsələ ilə bağlı “Qafqazinfo”ya jurnalistin vəkili Vüqar Səfərli də danışıb:

“Jurnalist Əfruzə Ağayeva özü Nəsimi rayon Polis İdarəsinə ərizə ilə müraciət edib və izahatını verib. Mən işin məhkəmə tərəfində jurnalistə kömək olacam. Kamil Zeynallının hansı ifadəsini verdiyini qeyd edə bilmərik. O ki qaldı Əfruzə Ağayevanın tələbinə... Əfruzə xanım şərəf və ləyaqətin müdafiəsi, və onun ünvanına Kamil Zeynallı tərəfindən edilən təhqir söyüş xarakterli məlumatların ( yazıların) təkzib edilərək,onun tərəfindən müvafiq olaraq instagram hesabında və KİV də üzr istəməsi tələbi ilə məhkəməyə müraciət edib.

Bu xüsusatı da vurğalamaq istəyirəm ki, Kamil Zeynallı Əfruzə Ağayevanın mobil nömrəsinə hədə -qorxu dolu mesajlar yazaraq onu təhdid etmişdir. Buna görə də, hazırda jurnalist Əfruzə Ağayevanın həyat və sağlamlığı ciddi təhlükədədir. Onsuzda xanım kifayət qədər stress içində və hal-hazırda həkim nəzarətindədir”.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler