» » ATV-nin Zümrüdü “Xəzər”ə keçdi

ATV-nin Zümrüdü “Xəzər”ə keçdi

Bölmə: Şou
ATV-nin Zümrüdü “Xəzər”ə keçdi

Uzun illərdir ATV-də çalışan teleaparıcı Zümrüd Bədəlovanın telekanalla yolları ayrılıb.

"Xalqinfo" axşam.az-a istinadən xəbər verir ki, o, bir neçə gündür "Xəzər" telekanalında işə başlayıb. Zümrüd artıq Nəsib Nurun aparıcılığı ilə yayımlanan "Nəsib olsa" verilişində redaktor vəzifəsini icra edir.

Qeyd edək ki, Zümrüd son olaraq ATV kanalında da redaktor kimi çalışıb.

Teleaparıcı açıqlamasında xəbəri təsdiqləyib. O bildirib ki, ATV onun üçün doğma kanaldır:

"Televiziya sahəsində qazandığım təcrübəni bu kanala borcluyam. 16 yaşımdan ATV-də çalışmışam. "Xəzər"dən edilən təklif daha cəlbedici olduğu üçün qəbul etdim. Məni çox yaxşı qarşıladılar. Gənclərdən ibarət həvəsli, işgüzar komandamız var. "Xəzər"in daha da uğur qazanması üçün öz töhfəmi verməyə çalışacam".



Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler