» » Kamil Zeynallı xanım aparıcını

Kamil Zeynallı xanım aparıcını Pis-pis söydü - VİDEO

Bölmə: Şou, MANŞET
Kamil Zeynallı xanım aparıcını

“Toy olmayacaq” verilişinin aparıcısı Şəbnəm Hüseynova sosial şəbəkədə məşhur idman ustası Kamil Zeynallını tənqid edib.

Xalqinfo.az xəbər verir ki, aparıcı təyyarədə özünü şit aparan azərbaycanıllardan utandığını qeyd edib: “Hər dəfə təyyarədə və aeroportda bizim bəzi insanların bu tip davranışlarına görə boyumu az qala yerə soxuram!”

Məsələ ilə bağlı idmançının da fikirlərini öyrəndik.

Publika.az-a danışan K.Zeynallı təyyarədə etdiyi zarafatın çox normal hal olduğunu ifadə edib: “Kimliyindən asılı olmayaraq, hər bir insan birinci öz keçmişə baxar, sonra isə başqaları haqqında nəsə münasibət bildirər. Əcəb eləmişəm, hərəkətimin arxasında dayanıram. Ümumiyyətlə, mən Şəbnəmi tanımıram. O, kimdir və haranın...., mənim haqqımda belə sözlər yazmaq ixtiyarını özündə tapır?”

Qeyd edək ki, K.Zeynallı Şəbnəmin özünə qarşı çox pis-pis ifadələr işlətdiyindən onları burada yaza bilmirik.

Xatırladaq ki, Kamil Zeynallı məşhur müğənni Gülayla evlidir. Cütlüyün bu nikahdan bir qızı var.




Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler