» » "Səni axtarıram" verilişi canlı yayımlanacaq

"Səni axtarıram" verilişi canlı yayımlanacaq

Bölmə: Şou, GÜNDƏM
"Səni axtarıram" verilişi canlı yayımlanacaq

Araşdırmaçı-jurnalist Xoşqədəm Hidayətqızının müəllifi olduğu "Səni axtarıram" verilişi bu ildən etibarən canlı yayımlanacaq. Veriliş hər bazar günü 21:00-da efirə gedəcək.

Xalqinfo.az xəbər verir ki, bu barədə məlumatı aparıcının özü "Report"a təsdiq edib.

"Bəli, bu doğrudur. Əvvəl "Səni axtarıram" bazar günü saat 22:00-da yayımlanırdı. Bu ildən belə olmayacaq. Tamaşaçılar həmişə verilişin gec başlamasından gileylənirdilər. Artıq onlar da öz arzularına çatacaqlar. Bu, həmçinin mənim də ən böyük arzum idi. İllər idi ki, verilişin canlı olmasını istəyirdim və "Xəzər" telekanalının rəhbərliyi mənim bu arzumun gerçəkləşməsinə şərait yaratdı. Onlara təşəkkür edirəm. "Səni axtarıram"da canlı bağlantılar, telekörpülər olacaq, studiyada insanlara axtardığı şəxslər barədə anındaca məlumatlar veriləcək. İnşallah, tamaşaçılar fərqli bir veriliş izləyəcəklər. Onu da qeyd edim ki, veriliş təkcə bu həftə canlı olmayacaq, gələn həftədən isə canlı yayımlanmağa başlayacaq", - deyə X.Hidayətqızı bildirib.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az



Digər maraqlı xəbərlər Xalqinfo.az-ın Facebook səhifəsində

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler