» » "Hələ bu əziyyətlər görsə, görün necə əsəbi olacaq" -

"Hələ bu əziyyətlər görsə, görün necə əsəbi olacaq" - Brilliant

Bölmə: Şou
"Hələ bu əziyyətlər görsə, görün necə əsəbi olacaq" -

"Bəslədiyim münasibəti qarşı tərəfdən görmürəm. Düşündüyüm səviyyə icra olunmur, ona görə kənarda durmaq qərarına gəldim".

Xalqinfo.az axşam.az-a istinadən bildirir ki, bu sözləri xalq artisti Brilliant Dadaşova "Xəzər maqazin"ə açıqlamasında deyib.

Müğənni gündəmdən uzaqlaşmasının səbəbini açıqlayıb:

"Reytinq xatirinə etik olmayan şeylərə yol verilir. Ona görə çalışıram, çox verilişlərə getməyim. Çoxlarında özümü görmürəm, amma yaxşıları da var. Aparıcılar xoş olmayan suallar verirlər. Məəttəl qalırsan ki, gəncdir, həyata qarşı necə hirslidir. Hələ bu əziyyətlər görsə, görün necə əsəbi olacaq. Mən verilən sualları ancaq bununla əlaqələndirirəm. Yoxsa bu sualları verməz.

Mənim verilişim var idi, orada insanlara ancaq sevinc bəxş etməyə çalışırdım. Müğənnini elə təqdim edirdim ki, sanki ondan başqa dünyada ifaçı yoxdur".


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az



Digər maraqlı xəbərlər Xalqinfo.az-ın Facebook səhifəsində

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler