» » Deputat müğənniləri yıxıb-sürüdü: "Onlarda səviyyə o qədər aşağıdır ki..."

Deputat müğənniləri yıxıb-sürüdü: "Onlarda səviyyə o qədər aşağıdır ki..."

Bölmə: Şou, BLOK XƏBƏR, MANŞET
Deputat müğənniləri yıxıb-sürüdü: "Onlarda səviyyə o qədər aşağıdır ki..."

Son zamanlar sosial şəbəkələrdə və ictimaiyyətdə Azərbaycan müğənnilərinin savadsızlığı və nitq mədəniyyətinə, ədəbi dilin normalarına riayət etməməsi müzakirə obyektinə çevrilib. Bu mövzunun növbəti dəfə gündəmə gəlməsinə isə, müğənni Elza Seyidcahanın sosial şəbəkədə "səhv" sözünü "səhf" kimi yazması və sonradan onun səhvini düzəltmək istəyən həmkarlarının da bu sözü düzgün yaza bilməməsi səbəb olub.

Bu barədə danışan millət vəkili, akademik Nizami Cəfərov da bəzi müğənnilərin həqiqətən də dünyagörüşü zəif, savadsız olduğunu təsdiqləyib.

Deputat bildirib ki, ümumi savadsızlıq müşahidə edilsə də, elə sənət adamlarımız var ki, onlarla mədəniyyətdən, tarixdən, ictimai-siyasi proseslərdən, dünya hadisələrindən istənilən qədər söhbət aparmaq olar:

"Mən özüm də elə müğənnilər tanıyıram. Amma bununla yanaşı, xüsusilə gənc nəsildə bu səviyyə xeyli aşağı düşüb. Əvvəlki müğənnilərimizlə müqayisə etdikdə fərq ortaya çıxır. Bülbül, Rəşid Behbudov, Zeynəb Xanlarova kimi karifey sənətkarlarımız Azərbaycan dilini, mədəniyyətini, varlığını ən mürəkkəb beynəlxalq vəziyyətdə dünyaya tanıtdılar. Məsələn, bütün türk dünyasında Zeynəb Xanlarovanı sevirlər. Hətta Azərbaycan dilinin onun vasitəsilə nüfuzu artdı. Eləcə də ondan əvvəl böyük təcrübəmiz var. Doğrudur, muğam oxuyan müğənnilərimizin içərisində də savadlı insanlar var, amma ümumi səviyyə çox aşağıdır. Hazırda daha aktiv fəaliyyət göstərən estrada janrı ilə məşğul olan müğənnilər görürsənki, dünyanın elə işlərini, alverlərini bilirlər ki, onları heç mən bilmirəm. Yaxşı olardı ki, onlar ictimai-siyasi məsələlərdən də agah olsunlar.

Belə bir deyim var:

Sən şair olmaya bilərsən, inan

Vətəndaş olmağa ancaq borclusan.

Bu böyük rus şairinin sözləridir. Bunu hətta bizim şairlərdən biri belə tərcümə edib:

Sən şair olmaya bilərsən, alçaq,

Vətəndaş olmağa borclusan ancaq.

Akademik qeyd edib ki, indiki müğənnilərin tərcümeyi-halına baxsaq, bəzilərinin orta məktəbi yaxşı oxumadığını, hətta heç oxumadığını görürük:

"İstər-istəməz bu halda savadsızlıq olacaq. Nəzərə almaq lazımdır ki, nitq mədəniyyəti insan mədəniyyətinin, ümumi milli mədəniyyətin tərkib hissəsidir. Normal nitqi olmayan müğənnilərə çox rast gəlinir. Görürsən ki, nə yazısı yazıdır, nə danışığı danışıqdır. Bilmirəm onları kursa göndərmək lazımdır, yoxsa necə etməliyik. Hər halda düşünürəm ki, bu məsələni ictimailəşdirmək lazımdır. Bu məsələlər artıq müğənnilər üçün lazımsız hala çevrilib. Bir var ki, hansısa dairədə bu savadsızlıq olsun, bir də var ki, kütləvi şəkildə bu hal yayılsın. Həmin müğənni dünyanın müxtəlif ölkələrində olacaq və özünü orada elə aparacaq ki, onun özü barədə deyil, bütövlükdə xalq barədə təsəvvür yaranacaq. Biz bu gün elə dünyada yaşayırıq ki, hər bir incəsənət xadimimiz eyni zamanda ictimai səfirdir, xalq diplomatıdır. Bu gün bütün televiziyalarımız müğənnilər üçün açıqdır.

Onlar yalnız musiqi ifa etməklə kifayətlənmirlər, həm də geniş müzakirələr aparırlar, müxtəlif mövzularda söhbətlər edirlər. Hətta aparıcılıq edirlər. Bunlar isə bütün dünyaya çatdırılır. Lakin səviyyə o qədər aşağıdır ki, insan düşünür ki, bununla biz hara gedirik. Bir şeyi də nəzərə almaq lazımdır ki, bu gün müğənni üzdə olan, nümunə götürülən şəxsdir, gənclik ona baxır. Ola bilər o, gözəl mahnı oxuyur, ruhları oxşayır. Amma elə ki, danışır bir fikir söyləyir, o zaman hər şey bəlli olur. Mənasız danışmaq artıq prestij olub. Müğənnilər sanki danışanda "Ay camaat mən savadsızam, bu, məni heç də maraqlandırmır" kimi hərəkət edir. Ona görə də, bu həmişə gündəmə gətirilməlidir və müğənni bilməlidir ki, o vətəndaşdır”.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler