» » Azərbaycan telekanalının rəhbəri ayrıldığı xanımına evlilik təklifi etdi

Azərbaycan telekanalının rəhbəri ayrıldığı xanımına evlilik təklifi etdi

Bölmə: Şou
Azərbaycan telekanalının rəhbəri ayrıldığı xanımına evlilik təklifi etdi

Məşhur aparıcı Özge Uzuna keçmiş əri, Azərbaycanın "CBC Sport" telekanalının rəhbəri Volkal Üst canlı yayımda yenidən evlilik təklif edib.

Xalqinfo.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 10 illik evliliklərini bitirən cütlük qısa müddət sonra yenidən birlikdə olmaq qərarına gəlib.

Özge Çağla Şikel və Alişanın "Hər şey dahil" verilişinə qonaq olan zaman Volkan da proqrama qatılıb.

Üst hər gecə Uzuna dinlətdiyi musiqini studiyoda çaldıraraq, "Mənimlə təkrar evlənərsən" deyə soruşub.

Evlilik təklifinə şok olan Özgenin cavabı "hə" olub.

Qeyd edək ki, Volkan Üst "CBC Sport" telekanalının baş direktor vəzifəsini ötən ilin yanvar ayından icra edir. 20 ildən çox iş təcrübəsinə malik olan bu mütəxəssis Türkiyə, Kanada və bir sıra digər ölkələrdə çalışıb. Türkiyə və İngiltərədə televiziya sahəsində təhsil alan Volkan Üst xeyli məşhur telelayihələrin hazırlanmasında iştirak edib.(Axşam.az)


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler