» » "İşte benim stilim"də indiyənədək yaşanmamış qalmaqal -

"İşte benim stilim"də indiyənədək yaşanmamış qalmaqal - video

Bölmə: Şou
"İşte benim stilim"də indiyənədək yaşanmamış qalmaqal -

"İşte benim stilim" yarışmasında növbəti qalmaqal baş verib.

Xalqİnfo.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Bahar Candan və Dilara Taşkın adlı iştirakçılar mübahisə edərkən səslərini ucaldıb və yüksək səslə qışqırıblar.

Aparıcı Öykü Serter araya girərək Bahara dəfələrlə xəbərdarlıq edib. Lakin onun mübahisəni davam etməsini görən Öykü Candanı verilişdən qovub.
Əvvəlcə, aparıcının sözlərinin sadəcə əsəbdən deyildiyini düşünən Bahar, sonradan onun fikrində qəti olduğunu anlayıb və studiyanı tərk edib.

Serterin bu addımı hər kəsi təəccübləndirib. Çünki səbrli olması ilə tanınan aparıcı ilk dəfədir ki, belə qərar verib.

Qeyd edək ki, reytinqlərdə heç cür əvvəlki yerini qaytara bilməyən dəb yarışmasındakı bu qalmaqallar tamaşaçaılar tərəfindən tənqid edilir. Onlar bunun müzakirə olunmaq üçün qurulan ssenari olduğunu bildirirlər.




Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler