» » Ebru Gündeşdən əri ilə bağlı inanılmaz qərar-

Ebru Gündeşdən əri ilə bağlı inanılmaz qərar-

Bölmə: Şou, BLOK XƏBƏR, MANŞET
Ebru Gündeşdən əri ilə bağlı inanılmaz qərar-

Müğənni Ebru Gündeş 9 aydır ABŞ-da həbsdə olan əri Rza Zərrabın yanına uçur.

Xalqİnfo.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ərinin yanına getmədiyi üçün qınanılan Ebru gələn ilin yanvar ayında ABŞ-a uçmağı planlaşdırır.

Müğənnin ərini ziyarət etmək və aralarındakı münasibətlərin gələcəyi barədə danışmaq üçün ABŞ-a gedəcəyi bildirilir.

Qeyd edək ki, iki gün öncə cütlüyün barışmaqları ilə bağlı xəbərlər yayılıb. Məlumata əsasən, boşanmağa hazırlaşan cütlük bu qərarını dəyişib. 3 ay boyunca heç görüşməyən Ebru və Rza qısa müddət əvvəl telefon vasitəsi ilə əlaqə saxlayıb və aralarındakı problemi həll ediblər.

Rzanın ona hədiyyə verdiyi Kanlıcadakı villadan köçməyə hazırlaşan Ebru bu fikrindən də daşınıb.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler