» » “Kənan M.M məni sındırmaq istəyirdi, lakin …”-Vüqar Muradov

“Kənan M.M məni sındırmaq istəyirdi, lakin …”-Vüqar Muradov

Bölmə: Şou, BLOK XƏBƏR, MANŞET
“Kənan M.M məni sındırmaq istəyirdi, lakin …”-Vüqar Muradov
“Kənan M.M məğlubiyyətilə barışa bilmədiyi üçün Vüqar Muradovu aldadıb. Guya toy üçün beh vermək adı ilə mənimlə görüşə gəlib. Görüşə 3 maşın, 15 nəfər, boynu bükülməyən idmançı oğlanla mənim üstümə gəlib. Məni sındırmaq istəyirdi. Lakin bunu bacarmadı”. Bu barədə Vüqar Muradov ANS PRESS-ə Kənan M.M ilə aralarında yaranmış insidentdən danışarkən bildirib.

Onun sözlərinə görə, tanınmış rejissor Kənan M.M ilə yarışların birində iştirak edərkən onu məğlub edib. Kənan M.M də məğlubiyyətilə barışmayıb və qisas almaq fikrinə düşüb.

“Təbii ki, məni döyə bilmədilər. Fikirləri vardı ki, məni sındırıb, çəksinlər. Sonra həmin görüntüləri “YouTube”a qoysunlar. Məndən qisas almaq istəyirdilər. Çünki mən onu oyunda udmuşdum, Kənan da bunun əvəzini çıxmaq istəyirdi. Sağ olsun Azərbaycan polisləri vaxtında özlərini yetirdilər. Onların çoxunu tutublar. Mənə və qardaşıma heç bir xəsarət yetirilməyib”, - deyə Vüqar Muradov əlavə edib.

Müğənni onu da xatırladıb ki, hər şeyə rağmən Kənan M.M-i bağışlayır. Müğənni bununla bir daha böyüklüyünü sübut etmək istəyir.

“Kənan amma bunu etməzdi. Amma mən onu və onunla olanların hamısını bağışlayıram. Şikayətimi geri götürürəm”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler