» » “Kamil söymür, döymür, əsəbləşmir” -

“Kamil söymür, döymür, əsəbləşmir” - Gülay + Video

Bölmə: Şou
“Kamil söymür, döymür, əsəbləşmir” -

“Mən atasına nəzərən uşağıma öz qadağalarımı qoyuram. Hər bir qız övladı olan ata qızına qarşı başqa hislərdə olur, nəinki oğlan uşaqlarına qarşı....Məsələn, söymür, döymür, əsəbləşmir”.

Xalqİnfo” "Qafqazinfo"-a istinadən xəbər verir ki, bu sözləri müğənni Gülay Zeynallı “Gəlin danışaq” verilişinə qonaq olarkən bildirib.

Sənətçi deyib ki, övladına göz dəyməsindən ehtiyatlanır:

“Tərbiyə ilə ana məşğul olur. Ata şəkillərini paylaşır, amma ana bunu eləmir, göz dəyməsindən ehtiyatlanır. Qız uşaqlarına arxa-dayaq lazımdır. Ata onları qorumalıdır. Atasız yaşamaq, böyümək hislərini yaşamışam. Ona görə də qızımın atasını çox istəməsini qısqanmıram”.

Daha sonra müğənni anasından və “Xalq Ulduzu”ndan da söz açıb:

“Məşhur sənətkarlarımızla eyni efirlərə çıxdıqda, onlarla eyni məkanda olanda mənə deyirlər ki, ay Gülay, sənin ananın əziyyəti yerdə qalmadı. Anam çox əziyyətimi çəkib. Mən hər yerə anamla getmişəm. Bu yerə gəlib çatmağımın səbəbkarı göydə Allah, yerdə anamdır. Allah analarımıza dəyməsin. Övlad hər hansı bir yolu seçə bilər, amma valideyinin dəstəyi önəmlidir.

Mən bu sənəti seçəndə anam məni müsabiqələrə, səfərlərə göndərirdi. Hər hansısa bir ifaçının tanınmasında qalmaqalın, klipin və s rolu olur. Amma mənim tanınmamda "Xalq ulduzu"nun rolu oldu. İndi də çalışıram ki, o adı doğruldum. Düzdür, o vaxt özümüz özümüzə səs verirdik. Nə qədər konturlar alırdıq. Amma xalqın dəstəyinə daha çox inanıram. Hətta bir dəfə püşkatma oldu və birinci çıxış mənə düşdü.

Təsəvvür edin gözləmə zalında oturacağın birinin altı bütün ürək dərmanları idi. Çox stress keçirirdik. Həyəcandan ayaqlarım əsirdi. Həmin gün oxumağım da xoşuma gəlmədi. Münsiflər də məni yıxdı -sürüdü. Səhəri gün səsvermədə həftənin qalibi mən oldum”.




Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler