Şakira rekord qırdıBölmə: Şou
![]() Dünya ulduzu Şakira yenidən rekorda imza atıb. Şakira Facebook-da 100 milyon izləyici toplayıb. Bu nəticə ilə də sosial şəbəkənin ən çox izlənilən və sevilən ifaçısı adına laiq görülüb. Sənətçi pərəstişkarlarına cavab olaraq sevincini bölüşüb, təşəkkürünü bildirib, maraqlı video paylaşıb. Yerləşdirdiyi videoda ifaçının burada olan fəaliyyətindən kadrlar bir araya toplanıb. Paylaşdığı ilk şəkildən son şəkilə qədər göstərilib və hər fotonun neçə insan tərəfindən bəyənildiyi qeyd edilib. “100 milyona çatdığıma görə fəxr edirəm. Çünki dünyanın dörd tərəfindən olan sevənlərim ilə Facebook vasitəsi ilə əlaqə qururam. Sosial media və xüsusən də Facebook mən və digər məşhurlar və izləyicilər arasında olan boşluğu doldurdu". Qeyd edək ki, ifaçının paylaşdığı ilk 20 şəkil 39 687 491 insan tərəfindən bəyənilib. Ən çox bəyənilən paylaşımı 4 gün ərzində 3,5 milyondan çox səs toplayan Dünya çempionatından olan fotosu olub. İzləyiciləri tərəfindən onun səhifəsindən ən çox paylaşılan şəkil isə sevgilisi Jerar Pikenin oğlu Milanı öpdüyü kadr olub. Həmin görüntü 113 987 dəfə paylaşılıb. /ans press/ |
XƏBƏR LENTİ
15.02.19 12:58 | Nazir tələbə təqaüdlərinin artırılmasından DANIŞDI
15.02.19 12:56 | Prezidentin çıxışlarındakı mühüm mesajlar -
"Vətəndaş", "dövlət", "biz", "xidmət", "islahat"...
"Vətəndaş", "dövlət", "biz", "xidmət", "islahat"...
14.02.19 23:45 | Quranı pulla oxumaq: olar, ya olmaz?
14.02.19 23:33 | Birinci vitse-prezident “İmamzadə”də - FOTOLAR
14.02.19 23:20 | Azərbaycanda yeni xəbər agentliyi fəaliyyətə başlayır -
təsisçisi Vüsalə Mahirqızıdır
təsisçisi Vüsalə Mahirqızıdır
14.02.19 23:07 | Nazirlik təhsil ekspertinin açdığı liseyə lisenziya vermədi –
5 aydı yollarda qalmışam
5 aydı yollarda qalmışam
14.02.19 23:04 | 9-cu sinif şagirdi 2000 avroya görə beynəlxalq yarışa QATILA BİLMİR
14.02.19 23:02 | İlham Əliyevdən ali məktəblərlə bağlı mühüm qərar
14.02.19 22:59 | Birinci vitse-prezident Gəncəyə səfər edib
13.02.19 22:39 | Mehriban Əliyeva prezidentin səfərindən video paylaşdı -
“İnsanların sevgisi...” +Video
“İnsanların sevgisi...” +Video
13.02.19 22:34 | Beyləqan sakinlərinin İlham Əliyevlə dialoqu:
“Bizdən Mehriban xanıma da çoxlu salam apar”
“Bizdən Mehriban xanıma da çoxlu salam apar”
13.02.19 22:26 | Nazirliyin açıqlaması kökündən YALANDIR:
“Heyvanlar noyabr deyil, dekabrda verilib”
“Heyvanlar noyabr deyil, dekabrda verilib”
|