» » Türkiyədə Üzeyirin mahnısı üstündə dava - “İki il əvvəl mənə satıb...”

Türkiyədə Üzeyirin mahnısı üstündə dava - “İki il əvvəl mənə satıb...”

Bölmə: Şou, BLOK XƏBƏR, MANŞET
Türkiyədə Üzeyirin mahnısı üstündə dava - “İki il əvvəl mənə satıb...”

Türkiyədə Seda Seyanın sevgilisi, “Erco” musiqi şirkətinin rəhbəri Erkan Çelik ilə Sinan Özen arasında böyük qalmaqal yaşanıb.

Xalqİnfo” xəbər verir ki, Sinan 7 il sonra “Bambaşka” adlı albom çıxarıb.

Albomda “Dur gitme” adlı mahnı azərbaycanlı ifaçı Üzeyir Mehdizadəninn ifa etdiyi “Yaxşı olar”ın plagiatıdır.

S. Özen albomunda özünü musiqi parçasının müəllifi kimi qeyd edib.

Erkan Çelik isə mahnını iki il əvvəl aldığını, Türkiyədə mahnının hüquqlarının ona aid olduğunu söyləyib.

O, sahib olduğu musiqi şirkətinin solisti Sevcan Dalkıranın həmin mahnını ifa etdiyini söyləyib:

“Mahnını iki il əvvəl almışam, bütün hüquqlar mənə aiddir. Keçdiyimiz aylarda şirkətimizin solisti, həmin mahnını “Ay balam” adıyla ifa edib. Bəstə Üzeyir Mehdizadəyə məxsusdur. Sinan “Erco” adlı şirkətimizdən icazə almayıb, mahnını albomuna daxil edib. Təbii ki, qanun qarşısında cavab verəcək”.

“Qafqazinfo” məsələ ilə bağlı Üzeyir Mehdizadə ilə əlaqə saxlayıb.

Müğənninin köməkçisi Nicat İsmayıloğlu mahnının Türkiyə musiqi şirkətinə satılması barədə yayılan xəbərləri təsdiq edib:

“Doğrudur, mahnı iki il əvvəl Türkiyə şirkətinə satılıb. Mahnının hüququ birmüddətlik onlara verilib. Bu işlərlə həmin ölkə üzrə əməkdaşımız məşğul olub. Çünki, Üzeyirin Azərbaycan və xarici ölkələr üzrə işlərini başqa-başqa insanlar görür”.








Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler