» » Natavanın toyuna Aygün də gedəcək -

Natavanın toyuna Aygün də gedəcək - Açıqlama

Bölmə: Şou
Natavanın toyuna Aygün də gedəcək -

Xalq artisti Aygün Kazımova müğənni Natavan Həbibinin toyuna qatılacaq.

Xalqİnfo” xəbər verir ki, bu barədə prodüser Tolik “ATV maqazin onlarla” verilişinə açıqlamasında bildirib.

Prodüser N. Həbibinin toyu barədə bəzi detallar açıqlayıb:

“Natavanın xeyir işini Türkiyədə olarkən bilirdim. Onun toyunun təşkilatçısı mən olacam. Natavan istəyir ki, toyunu mətbuata qapalı etsin. Mən isə bununla razılaşmıram. Deyirəm ki, jurnalistlər gəlib xoş gününü işıqlandırsınlar. Birdə gördüz ki, Aygün Kazımovayla Natavanın toyuna getdik. Onların konsertini təşkil edəcəm. 2017-ci ildə layihə reallaşacaq. Aygün və Natavan rəsmən barışıblar”.

Qeyd edək ki, “Nömrə 1” yarışmasında Natavanın Aygünə qalib gəlməsi onların münasibətlərini pisləşdirmişdi. Kazımovanın həmkarının erməni milliyyətinə mənsub olduğunu açıqlamasından sonra N.Həbibi xalq artistini onun şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuza xələl gətirməsi iddiası ilə məhkəməyə vermişdi.

Məhkəmənin qərarına görə, müğənni N.Həbibinin erməni milliyyətinə mənsubluğu barədə yaydığı yalan məlumatı və işlətdiyi təhqiramiz ifadələri təkzib etməli, ondan üzr istəməli idi.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Natavanın toyuna Aygün də gedəcək -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler