» » Aktyordan etiraf: "Avtobusdan düşüb ağladım..."

Aktyordan etiraf: "Avtobusdan düşüb ağladım..." fotolar

Bölmə: Şou, DÜNƏNDƏN-BUGÜNƏ
Aktyordan etiraf: "Avtobusdan düşüb ağladım..."

“Çoçuklar duymasın” serialından daha çox məşhurlaşan Ceyhun Fersoy verilişlərin birində maraqlı açıqlamalar verib.

Xalqİnfo.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktyor tanınmış olduğunu avtobusda olarkən anlayıb.

“Çoçuklar duymasın” serialına çəkilən vaxtlar idi. Avtobusa minmişdim. Bir qadın mənə diqqətlə baxırdı. Dözməyib ondan niyə belə baxdığını soruşanda, mənə bir aktyor kimi heyran olduğunu dedi. Avtobusdan düşən kimi ağladım. Bilmirdim ki, insanlar məni bu qədər sevir”, - deyə Ceyhun etiraf edib.

“Həyatda heç vaxt unutmayacağınız hadisə hansıdır”, - sualını cavablandırmaq üçün Fersoy uşaq yaşlarında keçirdiyi avtomobil qəzası haqqında danışıb:

“12 yaşında avtomobil qəzasına düşdüm və dişlərimi sındırdım. 18 yaşına kimi taxma dişlərlə gəzirdim. Bir gün dərsdə müəllim məni lövhəyə çıxardı. Dərsi danışmaq istəyəndə taxma diş ağzımdan yerə düşdü və mən çox utandım. O hadisəni heç vaxt unutmaram”.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Aktyordan etiraf: "Avtobusdan düşüb ağladım..."
Aktyordan etiraf: "Avtobusdan düşüb ağladım..."

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler