"Sizin ağlınız niyə belə işləyir?" - Nura SuriBölmə: Şou
Müğənni Nura Suri onu tənqid edənlərə sosial şəbəkədə sərt reaksiya verib. “Xalqİnfo” xəbər verir ki, sənətçi insanları bir-birini asanlıqla qınamamağa çağırıb. “İnsanların şəxsi həyatıyla maraqlanıb müzakirə etməkdənsə, ətrafınıza nəzər salın. Müzakirə olunası, qınanılası çox problemlər var. İndiki zamanda hələ də qadınlara zülm edən kişilər, övladlarına əziyyət verən, onları alçaldan kişilər var. Heyvan balasını əzizləyir, qayğısına qalır. İnsan dediyimiz isə övladını küçələrə salır ki, dilənib pul qazansın. Qınayın da belələrini! Niyə qınamırsınız?! Niyə ətrafınızda baş verənlərə biganəsiniz?! Amma kimsə bir az uğur əldə edibsə, sizdən bir az yaxşı yaşayırsa top-tüfəng atəşinə tutursunuz. Başqa insanlar haqqında ağlınıza gələni danışanda, düşünün ki, sizin ağlınız niyə belə işləyir və yalnız bunları düşünür. Bir az da özününzü qınayın”, N. Suri yazıb. Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|