» » “Toyun axırına kimi ağlaya-ağlaya oxudum” -

“Toyun axırına kimi ağlaya-ağlaya oxudum” - Vasif

Bölmə: Şou
“Toyun axırına kimi ağlaya-ağlaya oxudum” -

"Əvvəllər elə bilirdim ki, hər övladın yeri fərqlidir. Sonra anladım ki, elə deyil. 10 uşağın olsa belə eyni cür qayğı göstərərəm. Təbii ki, bu adamından asılıdır. Mən özümdən deyirəm. Amma qız övladına qarşı xüsusi simpatiyam var".

"Xalqİnfo" xəbər verir ki, bu sözləri müğənni Vasif Məhərrəmli "Gəlin danışaq" verilində deyib.

Sənətçi qızı barədə maraqlı fikirlər səsləndirib:

"Ruslarda belə bir şey var ki, oğlan evlənir gedir, qız evlənir qalır. Mən demirəm belə edəcəm, amma çox gözəl fikirdir. Bizdə əksəriyyətin fikri fərqli məcradadır. Kürəkəni öz evinə gətirməyə pis baxırlar. Qızının öz yanında evlənib yaşamasının nəyi pisdir? Qınamasalar, el qınağı olmasa edərəm. Allah imkan versə, qapı qonşuma verəcəm qızımı. Əvvəlcə Allah gözəl kürəkən versin. Ağıllı biri olsun, var-dövlət olmasa da olar.

Var-dövlət olsa da olar, mən bir ata kimi ondan xahiş edərəm ki, o evlər sənin olsun, amma gəl mənim yanımda qal. Ya da sən mənə bir ev al, mən gəlib sizin evin yanında yaşayaram. Bu yaxınlarda bir toyda oldum. Bəyin atası və gəlinin atası bir yerdə idilər. Qızın atası bəyə dedi ki, mən ən böyük hədiyyəmi bu gün sənə verirəm. Səndən bir xahişim var ki, mən ona necə olmuşam sən də elə ol. İnanırsız toyun axırına kimi ağlaya-ağlaya oxumuşam. O sözlər məni tutdu".



Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler