» » Türkan Şoray Bakıda “Avrasiya Əfsanəsi” seçildi

Türkan Şoray Bakıda “Avrasiya Əfsanəsi” seçildi

Bölmə: Şou
Türkan Şoray Bakıda “Avrasiya Əfsanəsi” seçildi

Türkiyənin məşhur aktrisası Türkan Şoray Bakıdadır.

"Xalqİnfo" xəbər verir ki, aktrisa Xəzər Universitetinin dəvəti ilə Azərbaycana gəlib.

Aktrisa ilə birgə məşhur fransalı aktyor, rejissor və ssenarist Robert Hossein paytaxtın qonağıdır.

Bu gün onlara Avrasiya Akademiyasının fəxri üzvü diplomu və Avrasiya Akademiyasının “Avrasiya Əfsanəsi” mükafatı veriləcək.

Qeyd edək ki, Türkan Şoray Avrasiya Akademiyasına üzv seçilən və “Avrasiya Əfsanəsi”nə layiq görülən ilk qadındır.

Xatırladaq ki, aktrisanın Bakıda Yunis Əmrə İnstitutu ilə görüşünün ləğv edilməsi barədə xəbər yayılmışdı.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler