» » Ebru Gündeş və Rza Zərrabın vəkili:

Ebru Gündeş və Rza Zərrabın vəkili: "Vəziyyət çətindir"

Bölmə: Şou, GÜNDƏM
Ebru Gündeş və Rza Zərrabın vəkili:

Müğənni Ebru Gündeş və futbolçu Ufuk Ceylanın sevgili olma xəbərləri hələ də gündəmdədir.

Xalqİnfo.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, hər iki tərəfin təkzibindən sonra xəbərlərin yalan olduğu deyilsə də, şayiələr bitmir. Ebrunun həbsdə olan əri Rza Zərrabın vəkili Şeyda Yıldırım "Söylemezsem olmaz" verilişinə zəng vuraraq açıqlama verib.

O, R.Zərrabın istəyi ilə Ebrunu təqib etməsi barədə deyilənləri təkzib edib:

"Mən kimi isə təqib etdirməmişəm. 8 aydır Rza Zərrabın məhkəməsi üçün Nyu-Yorkdayam. Siz nə bilirsinizsə, mən də o qədər bilirəm".

Şeyda eyni zamanda Ebrunun da vəkili olduğunu deyib:

"Nyu-Yorkda olduğum üçün bir şey edə bilmirəm. Amma Ebrunun məndə etibarnaməsi var. Ebrunun açıqlamasını da mediadan oxudum. Türkiyə ilə aramızda 8 saat fərq olduğu üçün hadisələri izləməyim çətindir".

Vəkil bu xəbərin Rza Zərrabın da qulağına çatdığını bildirib:

"Mən burada Rza Zərrabın həyatı ilə məşğul olduğum üçün çətin vəziyyətdə qaldım. Belə bir hadisənin ortasında qalmaq istəmirəm. İkisini də çox sevirəm. Rza bəylə mən xəbəri eyni zamanda öyrəndik. Hər ikimizin beyni qarışdı. Ebru xanım hələ mənə zəng vurmayıb. Vəziyyət çox çətindir".


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler