» » Günay İbrahimli “Təşəkkürlər Bakı” dedi və... - Video

Günay İbrahimli “Təşəkkürlər Bakı” dedi və... - Video

Bölmə: Şou, BLOK XƏBƏR, MANŞET
Günay İbrahimli “Təşəkkürlər Bakı” dedi və... - Video

Bir müddət əvvəl “Yollar” adlı mahnısı təqdim edən Günay İbrahimli yeni klip çəkdirib.

XalqInfo.az xəbər verir ki, müğənni “Təşəkkürlər Bakı” adlı bəstəni ekranlaşdırıb. Mahnı türk dilindədir, ifaçı ilk dəfə bu tərzdə mahnıya müraciət edib. “Sözləri və musiqisi Arif Şıxəmirova, aranjimanı Rasim Məmmədova məxsusdur. Klip üzərində 20 nəfərdən ibarət komanda çalışıb. Rejissorun və mənim xüsusi komandam var idi. Allahverdi, Qusik Simon, Zümrüd Mirzəliyeva və başqalarını misal çəkə bilərəm. Ekran işində tərəf müqabilim yoxdur, ancaq tanınmayan aktyorlar iştirak edib. Onlara belə bir şans verdik ki, öz istedadlarını göstərsinlər. Bakımı sevdiyim üçün bu mahnını kliplə təqdim etdim.

Ekran işində Bakıdan gözəl görüntülər yer alıb. İstədim ki, şəhərin gözəllikləri klipdə əks olunsun. Bu, digər kliplərimdən çox fərqlənir”.
Qeyd edək ki, klipin rejissoru Nail Naiboğludur.



Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler