» » Mehriban Xanlarovadan qızı haqqında -

Mehriban Xanlarovadan qızı haqqında - Açıqlama

Bölmə: Şou, DÜNƏNDƏN-BUGÜNƏ
Mehriban Xanlarovadan qızı haqqında -
Akademik Milli Dram Teatrının tanınmış aktrisası, əməkdar artisti Mehriban Xanlarova qızı Ayselin onun doğma övladı olmaması barədə verdiyi açıqlamadan danışıb.

Xalqİnfo.az xəbər verir ki, Ölkə.Az-ın əməkdaşıyla söhbətində bunu bəzi söz-söhbətlərə son qoymaq üçün etdiyini bildirib:

"Ayseli 1993-cü ildən mən saxlamışam. Bacım Sevda dünyasını dəyişəndə Ayselin 3 yaşı vardı. Sevda özü isə cəmi 21 yaşındaydı. Ayseli hamıdan da yaxşı böyütmüşəm. Özü də bilir ki, o mənim doğma övladım deyil.Amma bu haqda danışmaq istəmirdim. Sadəcə, bəzi ağzıgöyçəklər orda-burda danışırdılar ki, öz qızı deyil, götürüb saxlayır. Ona görə, belə bir açıqlama vermək qərarına gəldim. Qoy elə özümdən eşitsinlər də. Aysellə münasibətlərim çox yaxşıdır. Necə lazımdırsa, toyunu da eləmişəm. Allah qızımı xoşbəxt eləsin".

Qeyd edək ki, M.Xanlarova iki dəfə rəsmi nikahda olub və heç birindən övladı olmayıb.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler