» » “Xəyanət kişinin təbii tələbatıdır...” - Lalə + Video

“Xəyanət kişinin təbii tələbatıdır...” - Lalə + Video

Bölmə: Şou, BLOK XƏBƏR, MANŞET
“Xəyanət kişinin təbii tələbatıdır...” - Lalə + Video
Əməkdar artist Lalə Məmmədova ARB TV-nin “Gəlin danışaq” verilişinə qonaq olub.

Xalqİnfo” xəbər verir ki, müğənni ulduz həyatına öyrəşməkdə çətinlik çəkdiyini bildirib:

“Mən ulduz deyiləm. Ulduz kimi görə bilmirəm özümü. Sevdiyim işlə məşğulam sadəcə. Ulduz həyatı mənlik deyil”.

“Qadın xəyanəti bağışlamalıdırmı?” sualına ifaçı belə cavab verib:

“Qadın elə məxluqdur ki, sona kimi ümidli olur. “Bəlkə, düzəlib, daha etməz” deyərək. Çoxları düşünür ki, mənim ailəm xəyanətə görə dağılıb. Yox, bizdə daha ciddi səbəblər var idi. Bir qadın olaraq heç vaxt xəyanətə görə ailəmi dağıtmazdım. Hər bir kişi xəyanətə meyllidir. Bu, bir instinkdir. Bizdə necə ki, analıq instinki var, onlar da o var. Qadınlar müdrikdir. Mən xəyanəti hiss etsəm də, üzə vurmamağa çalışmışam. Bir qəlbdə iki insan yerləşə bilməz, kişi yalnız birini sevər. Xəyanət isə başqa bir şeydir. Təbii tələbatdır”.

Tanınmış ifaçı boşanması və övladları haqda da danışıb:

“Uşaqlarıma ayrılıq səbəbini tam deməmişəm. Amma böyük qızıma nisbətən anlatdım. Niyə ayrı qaldığımızı soruşanda, bəzi şeyləri danışdım. Lakin heç vaxt atalarını pisləməmişəm onlara. Çünki zatən uşaqlar travma alıb, bir də atalarını pisləyərək, onları çətin duruma salmaq istəmirəm”.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Xalqİnfo.az



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler