» » Bred Pittin həyatı haqqında son faktlar -

Bred Pittin həyatı haqqında son faktlar - FOTOLAR

Bölmə: Şou
Bred Pittin həyatı haqqında son faktlar -
Bred Pitt Ancelina Coli ilə barışmaq istəyir.

"Xalqİnfo" xarici mətbuata istinadən xəbər verir ki, 52 yaşlı aktyor son günlərdə həyatında baş verən hadisələrdən sarsılıb. Ailəyə yaxın mənbə “US Magazine” jurnalına aktyor haqqında ətraflı məlumat verib. Mənbə bildirib ki, Bred Pittin həyatı cəhənnəmə çevrilib: “İndi o, çox əziyyət çəkir, amma uşaqlar üçün möhkəm olmağa çalışır. Onu uşaqların rifahından başqa heç nə maraqlandırmır. Qohumları, dostları və onun köməkçisi Pitti çox dəstəkləyir. Aktyor anası ilə də daim əlaqə saxlayır”.
Xatırladaq ki, Coli və Pitt bu günlərdə uşaqların qəyyumluğu barədə müvəqqəti saziş imzalayıb. Altı uşağın hamısı aktrisada qalacaq. Amma boşanma prosesi bitənə qədər Pitt uşaqlara Ancelinanın icazəsi ilə və yalnız mühafizəçinin nəzarəti altında onlara baş çəkə biləcək. Uşaqların kimdə qalacağı rəsmi qaydada müəyyənləşəndə isə aktyor övladları ilə üçüncü şəxslərin iştirakı olmadan görüşə biləcək. Həmçinin aktyor narkotik maddələr və spirtli içki qəbul etmədiyinə dair mütəmadi olaraq analizləri verməlidir. Mənbə onu da bildirib ki, o, vəziyyəti düzəltmək üçün əlindən gələn hər şeyi etməyə hazırdır. Çünki Ancelinanı və uşaqları dəlicəsinə sevir.
Aktyorun yaxın əhatəsində olan hər kəs bir ağızdan iddia edir ki, boşanmanın təşəbbüskarı Ancelina olub, Bred isə buna qətiyyən hazır deyil: “Ancelina bir dəqiqə ərzində məhkəməyə müraciət etdi, bütün bunlar Bred üçün əsl şok oldu. Həmin vaxt hətta onun vəkili də yox idi. Coli artıq bir neçə dəfə boşandığı üçün bu proses barədə məlumatlıdır, lakin Bredin ağlına da gəlməzdi ki, onların nikahını eyni aqibət gözləyir".
Mənbə onu da bildirib ki, aktyor boş dayanmaq fikrinə deyil. Məhkəmənin yekun qərarı çıxana qədər həyat yoldaşı ilə barışmaq cəhdlərini davam etdirəcək: “Bred Ancelinanın hələ də sevir, O, hətta yeni münasibətlər barədə düşünmür. Bred həyat yoldaşı barışmaq istəyir” ,– deyə mənbə etiraf edib.
Xatırladaq ki, aktyor ailə vəziyyəti ilə əlaqədar olaraq bütün tədbirləri ləğv edib, hətta çəkildiyi son filmin premyerasına da qatılmayacaq.

Xalqİnfo.az

Bred Pittin həyatı haqqında son faktlar -
Bred Pittin həyatı haqqında son faktlar -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler