» » "Təranə, mən sənin axırına çıxacam"

"Təranə, mən sənin axırına çıxacam" (VİDEO)

Bölmə: Şou, BLOK XƏBƏR
 "Təranə, mən sənin axırına çıxacam"
Müğənni Kərim Abbasov və keçmiş həyat yoldaşı olan prodüser Təranə Səmədova arasında olan qalmaqal səngimək bilmir.

ANS PRESS-in məlumatına görə, bir müddət əvvəl Təranə tərəfindən efir vasitəsi ilə təhqir olunduğunu iddia edən ifaçı ANS telekanalında yayımlanan "Şoubiz+" verilişinə müsahibə verib. Sənətçi açıqlama zamanı prodüserə qarşı sərt sözlər bildirib və onu məhkəməyə verdiyini dilə gətirib:

"Tam əminliklə deyə bilərəm ki, mən bu işdə qalibəm, mən heç kimin şərəf və ləaqətinə, mənliyinə toxunmamışam. Mənim ləaqətimə toxunan insanlar isə, harada lazımdırsa cavab verəcəklər, onu böyük cəza gözləyir. Lazım olsa ali məhkəməyə, apellyasiya məhkəməsinə lap elə Avropaya da göndərəcəm səni. Bunu bil ki, mən sənin axırına çıxacam".

Kərim keçmiş yoldaşını ancaq bir halda bağışlayacağını bildirib: "Əgər səhvini başa düşsə, məndən üzr istəsə onu bağışlayacam. Amma üzr istəməsə lazım olsa ona cəza da kəsiləcək. Mənim mənəvi təzminatımın qiyməti yoxdur. Mənə lazım olan odur ki, insan övladı səhvini başa düşsün".


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler