» » Sezen Aksudan Ebru Gündeşə dəstək

Sezen Aksudan Ebru Gündeşə dəstək

Bölmə: Şou
Sezen Aksudan Ebru Gündeşə dəstək
Türkiyəli müğənni Ebru Gündeş Mayamidə həbs olunan İran əsilli azərbaycanlı iş adamı, həyat yoldaşı Rza Zərrabdan boşanmaq haqda qərarından sonra çətin günlər keçirir.

Xalqİnfo"nun “Posta”ya istinadən verdiyi məlumata görə, sənətçiyə bu günlərdə Kanlıcadakı villasında qonşu olan müğənni Sezen Aksudan böyük dəstək gəlib.

Belə ki, Ayla Çelik, Gökhan Tepe və Sinan Akçıldan mahnı alan Ebrunun noyabrda çıxacaq albomu üçün əsas mahnını Sezen Aksu hazırlayır. Gündeşin albomu klipləriylə birlikdə 700 min lirəyə baha başa gələcək.

Qeyd edək ki, E. Gündeş indiyə qədər S. Aksunun 15 mahnısını səsləndirib.

O, əri Rza zərraba xitabən oxuduğu “Gönlümün efendisi” mahnısını bundan sonra ifa etməmək qərarına gəlib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler