» » Təranə Qumraldan gözlənilməz addım

Təranə Qumraldan gözlənilməz addım (FOTO)

Bölmə: Şou, BLOK XƏBƏR
Təranə Qumraldan gözlənilməz addım
Həmişə və hər yerdə cüt gəzən Musa Musayev və Təranə Qumral cütlüyü tanınmış teleaparıcı Rövşənanin verilişində bir-birindən ayrı düşdü.

ANS PRESS-in məlumatına görə, ANS TV-nin "Bazar səhəri Rövşanə ilə" verilişində bu gün "Qadın klubu" günü olduğundan Təranə Qumral efirə Musasız çıxdı. Buna alışmayan tamaşaçılar arasında cütlüyün ayrıldığını düşünənlər də oldu. Amma veriliş boyu Təranənın elə hey Musadan söz açması bu fikirləri alt-üst etdi.

Təranə Qumrall aparıcının qonaqlara ünvanladığı sualları Musa ilə əlaqələndirərək cavablandırırdı. Müğənninin "İdeal kişi necə olmalıdır? sualına cavabı belə oldu: "Mənə görə ideal kişi dəlisov olmalıdır. Maymaq kişiləri sevmirəm. Mən Musanın xasiyyətindəki dəliliyi sevmişəm. Amma Musa nə qədər dəlisov da olsa indiyədək mənə əl qaldırmayıb. Bunu özündən də soruşa bilərsiz. Musa dağıdar, sındırar, amma mənə əl qaldırmaz.

Təranənin bəzi cavabları az qala qalmaqala səbəb olacaqdı: "Mən Musanı sevəndə maşını belə yox idi, taksilərdə gəzirdi. Mən onun özünü sevmişəm" dedikdə, Rövşanə daha bir sual verdi: "Demək istəyirsən ki, Musaya ayağın düşüb?"

Bu zaman gözlənilmədən kameralar Musa Musayevi görüntülədi. Kənarda dayanıb birbaşa yayımlanan verilişi müşahidə edən ifaçı, Rövşanənin bu fikrinə etirazını bildirdi. Təranə Qumral da məsələnin qəlizləşdiyini görüb teleaparıcının bu sözləri ilə razılaşmadığını söylədi: "Musa gözəl bəstəkardı, yaxşı mahnı sözləri yazır. Musa müəllim çox çalışqandı, o həmişə qazanıb. Amma mənimlə olduqdan sonra onun pullarını mən yığıb-yığışdırdım. "

T. Qumralın veriliş boyu səsləndirdiyi cavablar təxminən belə oldu: "Ən çox kişilər xəyanət edir. Ən gözəl şeyləri yaraşdırıram kişilərimizə. Qeyrət mənim üçün kişiyə xas olan xarakterdi. "

Rövşanənin xəyanətlə bağlı sualını Təranə Qumral belə cavablandırdı: "Xəyanət insanın içində olur. Qadın da xəyanət edə bilər, kişi də. Sevgi yoxdursa aralarında hər ikisi xəyanət edəcək

Təranə Qumraldan gözlənilməz addım
Təranə Qumraldan gözlənilməz addım
Təranə Qumraldan gözlənilməz addım

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler