» » Röyanın lüks villası-

Röyanın lüks villası- Video

Bölmə: Şou, BLOK XƏBƏR
Röyanın lüks villası-
Müğənni Röya Ayxan iyunun 14-dəki ad gününü Mərdəkandakı bağında tək qeyd edib.

“Onlar” kamerası qarşısına keçən sənətçi maraqlı açıqlamalar verib:

“Ad günümü keçirtmirəm. Oğlum da gedib nənəsigilə. Sevmirəm ad günü. İnsan var ki, bunu günlərlə, saatlarla qeyd edir. Çalışacam tək yaxşı keçirdim. 33 yaşına qədəm basıram. Yaşlanmağı sevirəm. Qadın yaşlandıqca daha maraqlı, cazibədar olur. Onunla daha çox maraqlanırlar. Daxilim dəyişmir, dəlisovluq qalıb. Özümü saxlaya bilmirəm, insanların üzünə nə olsa deyirəm. Məni şoka salan hədiyyələri sevirəm. Ətir xoşlamıram. Özümün xüsusi ətirim var ki, onu sifariş edirəm. İstəyirəm desinlər ki, ay bu qız nə vurmuşdu? 30 yaşımda Kənan mənə atəşfəşanlıq etmişdi, uşaq kimi ağlayırdım. Allah məni o qədər sevir ki, qurda-quşa yem etmir. O biri günlərimə baxanda deyirəm, indi yaxşıdır.
İnsanların xəstəliyi mənə tez keçir. Kiməsə zəng edim, desin qripəm, həmin gecə hərarətim olacaq. Biri desin böyrəyim ağrıyır, başlayacaq məndə də ağrımağa".

Bağ evindən danışan Röya özünü orada rahat hiss etdiyini deyib:

“Çox rahatdır. Əvvəl dava edirdim ki, gedək şəhər evinə. İstəmirdim buranı. İndi öyrəşmişəm. Bircə qışda həyət evindən zəhləm gedir. İnsanlar bəlkə də məni kompleksiz biri kimi bilir. Amma çox utancağam. Yol gedəndə kimsə mənə baxanda dayanıram. Yanımdakılar əlimdən tutub aparır". /Axşam.az/


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler