» » Aygün Almaniyada ilkə imza atdı -

Aygün Almaniyada ilkə imza atdı - Fotolar+Video

Bölmə: Şou, BLOK XƏBƏR
Aygün Almaniyada ilkə imza atdı -

Ötən gün xalq artisti Aygün Kazımova “Daf Bama Music Awards – 2016” mükafatlandırma mərasimində iştirak edib.

“Qafqazinfo”nun məlumatına görə, Almaniyanın Hamburq şəhərində baş tutan mərasimdə xalq artisti “Azərbaycanın ən yaxşı qadın sənətçisi” mükafatına layiq görülüb.

A.Kazımova mərasimin keçirildiyi “Barkleykard” arenanın səhnəsində çıxış edib, Snup Doqla birgə ifa etdiyi “Coffee from Colombia” mahnısını səsləndirib.

Mükafatlandırma mərasimindən öncə isə məşhurların qırmızı xalçadan keçidi baş tutub. Müğənni üçün xüsusi olaraq iki özəl geyim hazırlanıb.

Xalq artisti ilə yanaşı Almaniyaya gürcü prodüser Stefani Mqebrişvili, müğənni Rəhim Rəhimli və bütün komandası səfər edib. Aygün Kazımova mükafat təqdim edilərkən Qarabağ da daxil olmaqla, bütün Azərbaycana təşəkkürünü bildirib. Onun bu jesti böyük rəğbətlə qarşılanıb.

Qeyd edək ki, Aygün ilk Azərbaycan müğənnisidir ki, bu beynəlxalq mükafatlandırma mərasimində iştirak edir.

Aygün Almaniyada ilkə imza atdı -
Aygün Almaniyada ilkə imza atdı -
Aygün Almaniyada ilkə imza atdı -
Aygün Almaniyada ilkə imza atdı -
Aygün Almaniyada ilkə imza atdı -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler