» » "İdeal bədənim olduğu üçün soyunmağımla..." -

"İdeal bədənim olduğu üçün soyunmağımla..." - FOTOLAR

Bölmə: Şou, BLOK XƏBƏR
"İdeal  bədənim olduğu üçün soyunmağımla..." -
"Xalqinfo" xəbər verir ki, dünən müğənni Afaq Aslanın çimərlik geyimində paylaşdığı fotolar gündəm yaradıb. Bu şəkillərə rəy yazanlar isə fərqli düşüncələrə malik olan insanlar olub. Müğənniyə pis təkliflər edənlərdə olub, təhqir edənlərdə olub, bu şəkilləri müasirlik forması kimi baxanlar da... Bəs görəsən müğənni Afaq Aslan etdiyi hərəkətdən peşman olubmu ? Müğənni fikirlərini Mövqe.az-la bölüşüb: "Biz hər zaman bütün dünya ulduzlarını sevə-sevə böyük zövqlə izləyirik. Necə olur ki, dünya ulduzları çimərlik geyimlərində səhnəyə çıxıb tamaşaçı və ya böyük bir kütlə qarşısında çıxışlar edirlər, performanslar göstərirlər, bizlər bunu qəbul edirik və alqışlayırıq, amma öz sənətçilərimiz çimərlik geyimində çimərlikdə istirahət edəndə onların şəkillərini qəbul edə bilmirik və bu şəkillər bu dərəcədə gündəm və ajertaj yaradır? Məgər çimərlikdə şalvar geyinib çimirlər ki? Yoxsa çadra geyinib günəşlənirlər? Axı burada insanları təəcübləndirə biləcək və qəbul edilə bilməyəcək nə var ki ? Mən bəzi insanların bu məsələni niyə bu qədər şişirtmələrini anlamıram. Amma buradan məni qınayan "Afaq Aslan soyunmaqla gündəmə gəlir" sözünü deyən bir qisim insanlara və sənət yoldaşlarıma üzümü tutub demək istəyirəm ki, Afaq Aslan bu şou-biznes aləmində nə ilk soyunan müğənni deyil, nə də son soyunan müğənni deyil! Məndən əvvəl də soyunan, məndən sonra da soyunmağa cəhd edən bir çox müğənnilərimiz var ki, soyunmağa cəhd etsələr də, soyunmaqlarıyla nə heç bir gündəm, nə də insanlarda özlərinə qarşı maraq oyada bilmirlər. Çünki soyunmaqlarıyla bədənlərindəki gözə görünməyən bütün qüsurları ortaya qoyurlar. Mən gənc bir müğənni olmağıma baxmayaraq və baxmayaraq ki, bu sənətdə yeni-yeni öz addımlarımı atıram, məni qınayan bir qisim insanlara və sənət yoldaşlarıma üzümü tutub demək istəyirəm ki, mənim bir çoxlarından fərqli olaraq nə insanları diksindirə biləcək artıq çəkim yoxdur, nə qarnım yoxdur, nə də ki bədənimdə sellülit yoxdur. İdeal bədən ölçülərinə malik olduğuma görə soyunmağımla cazibədarlığım istər-istəməz gündəm yaradır. Təbii ki, gözəllik aşiqi olan insanlar Allahın insana bəxş etdiyi ilahi gözəlliyi qəbul edirlər və müğənnini hər bir obrazda görmək onları təəccübləndirmir. Qəbul edə bilməyənlər isə bunu həzm edə bilməyənlərdir və özlərində olmayan gözəlliyi başqasında görüb xainliklərindən həzm edə bilməyənlərdir. Cəld və operativ, mənim haqqımda olan bütün xəbərləri tamaşaçılara çatdıran bütün jurnalistlərə öz sevgilərimi və təşəkkürlərimi bildirirəm. Allah sizləri Azərbaycan mətbuatına çox görməsin ki, sizlər də bizə aid nə xəbərlər varsa yazıb işıqlandıra biləsiniz. Fotolarıma yaxşı və ya pis rəy yazanların hamısını yazan əlləri var olsun deyirəm və hamını da öpürəm!"
"İdeal  bədənim olduğu üçün soyunmağımla..." -
"İdeal  bədənim olduğu üçün soyunmağımla..." -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler