» » Samir Piriyev: "Uşaq olmuşam, aldanmışam..." - AUDİO

Samir Piriyev: "Uşaq olmuşam, aldanmışam..." - AUDİO

Bölmə: Şou
Samir Piriyev: "Uşaq olmuşam, aldanmışam..." - AUDİO

Müğənni Samir Piriyev və teleaparıcı Kamran Həsənli arasında olan 80 min dollarlıq qalmaqal davam edir.

Musavat.com bildirir ki, məsələ ilə bağlı müğənni bu gün mətbuat konfransı keçirib. İlk öncə Samir Piriyevin hüquqşünası Ruslan Əhmədoğlu çıxış edərək olayın təfərrüatları barədə danışıb. Hüquqşünas qeyd edib ki, qalmaqalın yaranmasına səbəb Samir Piriyev ilə Kamran Həsənli arasında olan uzun müddətli tanışlıq, dostluq olub:

"Bu qədər vəsaitin Kamran Həsənliyə verilməsində birinci səbəbkar özü, ikincisi isə onun bacısı Gülər xanımdır"

Müğənninin vəkili Ceyhun Yusifov məsələ ilə bağlı başlayan istintaqın gedişatı haqda məlumat verib:

"Fevralın 2-də Nərimanov Rayon Prokurorluğunda istintaq işi başlayıb. İstintaq 2 aydır ki, davam edir. İstintaq açıq şəkildə Kamran Həsənlidən çəkinir.

Pul Samir Piriyev tərəfindən Kamran Həsənliyə verilib. Bizim bu gün də Ərhan Yılmaz və "BeyPet" şirkəti barəsində məlumatımız, tanışlığımız yoxdur.

Bakı Şəhər Prokurorluğunun bu məsələyə obyektiv baxacağına şübhəmiz yoxdur. Lakin Prokurorluğun Polisə Nəzarət İdarəsinin mövqeyi fərqlidir".

Müğənninin özü də konfransa çıxış edib. Samir Piriyev olayın bu həddə gətirilməsini istəmədiyini deyib:

"Uşaq olmuşam, aldanmışam. Kamrana 35 min və 80 min dollar vermişdim. Gülər Həsənli dedi ki, 115 min çatmır. Mən də razılaşmadım və Kamrana dedim ki, pulumu qaytarsın. Dedi ki, pul nə gəzir, hamısını keçirmişik ora. Dedim ki, heç olmasa orda olanda səhmləri mənim adıma keçirərdilər. Kamran dedi ki, pulun qalan hissəsini 2-3 aya qaytaracaq. Lakin gördüyünüz kimi, illər keçib... Mən istəməzdim ki, məsələ bu həddə çatsın. Deyirdim ayıbdır, pula görə aramızda belə söhbət olmasın".

Qeyd edək ki, tədbirin sonunda müğənni Samir Piriyev və teleaparıcı Kamran Həsənli ilə 2014-cü ildə aralarında olan telefon danışığının səs yazısı jurnalistlərə təqdim olunub. Həmçinin ardınca Samir Piriyev Kamran Həsənlinin ona yazdığı məktubları oxuyub.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler