» » Elşad Xosedən hamilə qalan Oksanadan təzə xəbər var

Elşad Xosedən hamilə qalan Oksanadan təzə xəbər var

Bölmə: Şou
Elşad Xosedən hamilə qalan Oksanadan təzə xəbər var

Rəqqasə Oksana yenidən Hindistana səfər edəcək. Məşhurun bu səfərinin məqsədi təhsillə bağlı deyil. Hindistanda peşəkarlar qarşısında çıxış edərək bəyənilən Oksana, sevdiyi ölkədə filmə çəkiləcək.

Bu barədə məlumatı rəqqasə əməkdaşımızla söhbətində açıqlayıb: "Əgər xatırlayırsınızsa, mən ötən il "İndias Best Cinestar Ki Khoj" müsabiqəsində iştirak edərək qalib oldum. Müsabiqənin şərtlərinə görə, qalib Hindistanda çəkiləcək filmdə rol alacaqdır. Çəkiləcəyim film həmin müsabiqənin qalibi kimi qazandığım hədiyyədir. Mart ayının 9-u Hindistana yola düşəcəyəm".

Hazırda Oksananın başı vətəndə ərsəyə gətirdiyi ilk filminin təqdimatına qarışıb: "OksiMedia" olaraq hazırladığımız "Şər qarışanda" filminin təqdimatına görə Bakıya qayıtmışam. Mart ayının 3-ündən etibarən prodüseri olduğum film tamaşaçıların ixtiyarına veriləcək. Qeyd edək ki, "Şər qarışanda" filminin rejissoru Samir Kərimoğlu, operator Nadir Mehdiyev, ideya müəllifi və ssenarisi Fariz Əliyev və Rəşad Süleymanoğluna məxsusdur.

// Aktual.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler