» » İlhamədən açıqlama : Gözlənilməz qərar

İlhamədən açıqlama : Gözlənilməz qərar

Bölmə: Şou, MANŞET
İlhamədən açıqlama : Gözlənilməz qərarAdı son vaxtlar qalmaqallarda hallanan xalq artisti İlhamə Quliyeva gözlənilməz qərar verib.

Xalqinfo.az  Oxu.az-ın  primetime.az-a istinadən verdiyi məlumata əsasən bildirir ki , “Şöhrət” ordenli sənətkar mətbuatla olan əlaqəsini dondurmağa qərar verib. Saytın əməkdaşıyla telefon söhbətində İlhamə Quliyeva deyib ki, bir müddət jurnalistlərlə nə görüşəcək, nə də onlara açıqlama verəcək. Görünür, gündəmin əsas mövzusuna çevrilən müğənni bu addımı ilə yaşanan qalmaqallara son qoymaq niyyətindədir.Qeyd edək ki, xalq artistinin həbsxanada olan köməkçisi Mehriban Hüseynova mətbuata ünvanladığı məktubunda İlhamə Quliyevaya qarşı bir çox ittihamlar irəli sürüb. Mehribanın məktubundan sonra xalq artistləri Flora Kərimova, Aygün Kazımova və əməkdar artist Elza Seyidcahan da primadonnaya əks cəbhədə yer alırlar.Hətta Elza primetime.az saytına verdiyi açıqlamasında Mehriban Hüseynovanın lehinə məhkəmədə şahidlik edəcəyini də açıqlayıb.



Kainat Şirin

Xalqinfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler