» » Aynişan “O səs Türkiyə”ni tərk etdi

Aynişan “O səs Türkiyə”ni tərk etdi

Bölmə: Şou
Aynişan “O səs Türkiyə”ni tərk etdi
Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva “O səs Türkiyə” yarışını tərk edib.

“Xalqinfo”nun ans press-ə istinadən məlumatına görə, bu barədə Aynişan “İnstagram” hesabında bildirib.

Aynişan Quliyeva bu yarışda iştirakını həyatında yaşadığı ən gözəl anılardan biri olduğunu qeyd edib. İfaçı həmçinin "O səs Türkiyə" yarışmasında Azərbaycanı bacardığı gədər gözəl təmsil etməyə çalışdığını və bunun üçün zəhmətini əsirgəmədiyini vurğulayıb.

“Murat Bozun Azərbaycan dilində mənimlə birgə ifasi həyatımın sonuna gədər unutmayacağım bir andır”, - deyə Aynişan yazıb.

“Mənim sevdiklərim məni dəstəkləyən bütün insanlar hər birinizə ayrı ayrılıqda çox təşəkkür edirəm! Sizin dəstəyinizə ehtiyac duyan diğər yarışmacılarımız var, gəlin onlara hər tərəfli dəstək olaq”,- deyə gənc ifaçı vurğulayıb.

Xatırladaq ki, Aynişan müsabiqədə “Gəl ey səhər” adlı Azərbaycan mahnısını oxuyub və münsiflər arasından Murad Bozu seçib.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler