» » Şou-biznes bir bataqlıqdır?Qalmaqala pis baxmıram amma...

Şou-biznes bir bataqlıqdır?Qalmaqala pis baxmıram amma...

Bölmə: Şou, SÖHBƏT
Şou-biznes bir bataqlıqdır?Qalmaqala pis baxmıram amma...

Yaqut Qarabağlı Xalqinfo.az Xəbər portalına müsahibə verdi.
Yaqut xanım sənətinə diqqətlə yanaşan müğənnilərdəndir. Yaqut xanımla söhbətimiz bizi doğma Qarabağa apardı. Qarabağdakı mədəniyyət beşiyi, axar bulaqlar, qalın meşələr, zirvəli dağlar, heyran edici yamaclar, gül-çiçəkli çöllər hər kəsi valeh edir. Bu təmiz havadan, saf bulaqlardan qidalanan insanlar uzun ömür yaşayırdı Qarabağda, Alınmaz qala idi Qarabağ. Böyük şəxsiyyətlər məskənində yetişirdi ziyalılar. Bəli, istəkli izləyicilər, bu torpağı yetişdirmələrindən biri də Yaqut Qarabağlıdır. Yaqut Qarabağlı 1970-ci ildə Ağdam rayonunda dünyaya göz açıb. Orta məktəbi də orada bitirib. Daha ətraflı özündən soruşaq...
Yaqut xanım, müğənni olmaq seçiminiz və sənətə gəlişinizlə bağlı məlumat verərdiniz?
1982-ci ildə Ağdam Pioner və məktəblilər evində müsabiqə keçrilirdi.O illərdə mən də tez-tez Qarabağ Bülbüllərinə gedirdim. Bizim iştirak etdiyimiz müsabiqədə Arif Babayev, Sara Qədimova, Səkinə İsmayılova seçimlərdə iştirak edirdilər. Müsabiqədə bir bənd sarı bülbül xalq mahnısını oxudum. Saxladılar, sözün düzü qorxdum ki, yəqin pis oxudum.Eksi oldu ifam çox xoşlarına gəldi. Seçimdən keçdiyim üçün müsabiqə iştirakçıları ilə birlikdə Bakıya gəldik. Keçmiş Lenin,indiki Heydər Əliyev adına sarayda konsertimiz oldu. Bizim iştirak etdiyimiz Qarabağ Bülbülləri ansamblına Murad Rzayev rəhbərlik edirdi.1988-ci ildə Qarabağ bülbüllərinə,1988-ci ildən isə Ağdam rayon Üzeyir Hacıbəyov adına orta ixtisas musiqi məktəbinin xanəndəlik şöbəsinə daxil oldum. 1992-ci ildə məktəbi bitirib. Müyyən illər ailə həyatı ilə əlaqəli xaricdə yaşadıq. Ailə vəziyyətimlə bağlı bir müddət xaricdə yaşadıqdan sonra Azərbaycana gəldik. Yenidən sənətimi davam etdirdim.
Bildiyimizə görə müğənniliklə yanaşı ictimai fəaliyyətlə də məşğulsunuz?
Bəli bildiyiniz kimidir. Dünya Azərbaycanlıları Konqresində Mədəniyyət şöbəsinin müdiri, Beynəlxalq Diaspora Mərkəzində qadın təşkilatının sədri vəzifələrində çalışıram. İctimai əhimiyyətli bütün tədbirlərdə yaxından iştirak edirəm. Yeri gəlmişkən, müğənni hərtərəfli olmalıdır.
Yaqut xanım, bizdə olan məlumata görə xeyriyyə tədbirlərində fəal iştirak edirsiniz?
Bir müğğəni kimi xeyriyyə məqsəd ilə keçirilən tədbirlərdə ifa ilə yanaşı, təşkilatçılıq da edirəm. İl ərzində Müharibə əlil və veteranlarına, qocalar evində, ruhi xəstəxanalarda, Hərbi hissələrdə keçirilən xeyriyyə məqsədli bütün tədbirlərdə aktiv iştirak edirəm. Bununla yanaşı öz təşəbbüsümlə kimsəsiz uşaq evlərində, İslah əmək müəssisələrində, Əlil Qadın cəmiyyətinin bütün tədbirlərində yaxından iştirak edirəm.
Qarabağlı ləqəbini necə oldu seçdiniz, soyadınız da ola bilərdi seçiminizlə bağlı?
Tam səmimi deyim ki, 1982-85 ci ilər arasında keçirilən ümumittifaq festivalında lauriyyat adını alandan sonra, Qarabağ Bülbüllərində bu uğuru qazandığım üçün bu adı seçdim.Bu seçimimlə yanaşı doğma Qarabağda doğulmuşdum ora mənə çox əziz idi. Yadıma düşəndə Qarabağ xatirələri həm sevindirir, həm də kədərləndirir. Qarabağımızın alınacağı günü səbrsizliklə gözləyirəm...
Hazırda sənətinizdə inkişaf yönümlü hansı dəyişikliklər edirsiniz?
Bu ilin mart ayında Beynəlxalq Diaspora Mərkəzi adından Türkiyədə 30 minlik insanın qatıldığı böyük bir konsert proqramı ilə çıxış etdik. Konsertdə Şəmistan Əlizamanlı, Azərin xanım və başqaları da iştirak edirdilər. Hal- hazırda ciddi məşqlər edirik. Yaxın vaxtlarda xaricə səfərlərimiz gözlənilir. Onu da qeyd edim ki, indiyə qədər 3 albomum işıq üzü görüb. Sonuncu albomum olan “Asimim” oğlum Asimin adını daşıyır. İnşallah planlarımız çoxdur. Reallaşdıqca sizinlə bölüşəcəm...
Yerli Şou-Biznesdə olan sənətçi həmkarlarınızla münasibətiniz necədir, Qalmaqallarla yaddaşda qalmaq istəyənlərə nə deyərdiniz?
Bu məsələ mənim ağrılı yerimdir. Sənətini bilən-bilməyən üz tutur şou-biznesə, başlayır mənəm,mənəm deməyə...Sənətçi həmkarlara gəldikdə isə səsi olan da var,olmayan da. Qalmaqala gəldikdə isə pis baxmıram amma hər şey normasında gözəldi. İlk növbədə Bunu deyənin gərək özünün səsi, sənəti olsun!.Qalmaqal olar, yəni sağlam rəqabət formasında... Çox hallarda müğənnilər bir-birlərini bəyənmir. Acı da olsa bu bir həqiqətdir. Şou-biznes bir bataqlığa bənzətsək, səsi olanlar ordan təmiz çıxacaq. Şou-biznesdə dedi-qodu da lazımdı, əsl sənətdə əllinin- əlliyə olduğu kimi... Təsəvvür edək ki, şou-biznes bir aşsüzəndi. İri dənəciklər aşsüzəndə qalacaq, balacalar isə süzgəcdən çıxıb suya düşüb gedəcək. Bir də görürsən bir bozbaş mahnı toyları bəzədi. Az keçmir ki, yaddan çıxır. Amma xalq mahnıları hər kəsin qəlbinə yol tapır və yaddaşında əbədi qalır. Yaqut xanımla söhbətin sonuna yaxınlaşdıq, müsahibələrimiz isə davamlı olacaq İnşallah!
Zamin Zeynal
Şou-biznes bir bataqlıqdır?Qalmaqala pis baxmıram amma...
Şou-biznes bir bataqlıqdır?Qalmaqala pis baxmıram amma...
Şou-biznes bir bataqlıqdır?Qalmaqala pis baxmıram amma...



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler