» » AST Telmanın xalq artistinə verdiyi villa əlindən alındı

AST Telmanın xalq artistinə verdiyi villa əlindən alındı

Bölmə: Şou
AST Telmanın xalq artistinə verdiyi villa əlindən alındı

Azərbaycanlı iş adamı Telman İsmayılovun Rusiyanın xalq artisti Nikolay Baskova bağışladığı villa sənətçinin əlindən alınıb.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu haqda xalq artisti Türkiyə-Rusiya münasibələrinin pozulmasından danışarkən məlumat verib:

“Türkiyədə nə istirahət etmək, nə də işləmək arzum var. 3 il əvvəl ad günümdə Telman İsmayılov “Mardan Palace” otelinin ərazisində villa hədiyyə etmişdi. Otel satıldığı üçün villa əlimdən alınıb. Türkiyə ilə heç bir əlaqəm yoxdur”.

Qeyd edək ki, Telman İsmayılov tanınmış müğənni Nikolay Baskovun 37 yaşı münasibətilə ziyafət vermiş, doğum günü hədiyyəsi olaraq villa bağışlamışdı. Həmin villada bir sutka yaşamağın qiyməti 7000 dollar idi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler