» » Nazpəri Dostəliyevadan TV rəhbərlərinə -

Nazpəri Dostəliyevadan TV rəhbərlərinə - Çağırış

Bölmə: Şou
Nazpəri Dostəliyevadan TV rəhbərlərinə -
Xalq artisti Nazpəri Dostəliyeva efirlərə buraxılmamasına qarşı etirazını bildirib.

“Xalqinfo” axşam.az-a istinadən xəbər verir ki, müğənni sosial şəbəkədə insanlara çağırış edib:

“Məni sevən, sənətimə, mədəniyyətimə dəyər verən hər kəsə səslənirəm! Heydər Əlirza oğlu Əliyevin imzaladığı əməkdar artist, prezident İlham Əliyevin imzaladığı xalq artisti şərəfinə layiq olan bir sənətkarın efirlərə buraxılmaması nə dərəcədə düzgündür?

Mən sənətə gəldiyim gündən Azərbaycanın adını başqa dövlətlərdə yüksəklərə qaldıran bir xanım olmuşam! Heç vaxt adıma, sənətimə, vətənimə, prezidentimə xələl gətirməmişəm. Bununla qürur duyuram. Televiziya rəhbərləri, bunu diqqətlə oxuyun! Belə olmayacaq!”.

Xatırladaq ki, xalq artisti bu yaxınlarda açıqlamasında ANS kanalından başqa, bütün televiziyaların ona qadağa qoyduğunu bildirmişdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler