Roza Aygün Kazımova haqda sərt danışdıBölmə: Şou
Müğənni Roza Zərgərli xalq artisti Aygün Kazımovanın onun ünvanına dediyi "Şıntıramellalar" sözünə münasibət bildirib. “Xalqinfo” xəbər verir ki, Axşam.az-a açıqlama verən sənətçi qarşı tərəfin ünvanına sərt sözlər deyib: "Aygün Kazımova güzgüyə baxıb, adını mənə deməsin. Yeni adı mübarək, tanışlığımıza şad oldum. Mənim də adım Roza Zərgərlidir. Bu sözü deyirəm və onun qarşısından da çəkilən deyiləm. Bütün dostlarıma zəng etdirib deyir ki, sözlərini yığışdırsın. Sən divasan, nədən qorxursan? Ölkənin xalq artistisən, mənə niyə cavab verirdin? Əgər mən sənin statusunda olsaydım, heç vaxt reaksiya verməzdim. O insanla həyatda münasibətimiz olmayıb. Cəmi üç dəfə üz-üzə gəlmişik. "Maşın" şouda bir yerdə olmuşuq. Mənim haqqımda orda-burda yalan sözlər yayır. Bu günə kimi susmuşam. Amma şəxsiyyətimə toxunan heç bir sözü keçməyəcəm. Qızı ilə tanışlığım var, xətrini çox istəyirəm". R.Zərgərli bu yolla özünü reklam etməyə çalışması iddiasına da münasibət bildirib: "Mənim reklama ehtiyacım yoxdur. Əgər qalmaqalla gündəmə gəlmək istəsəydim, sənətə yeni başlayanda bu addımı atardım. Bu günə kimi heç kimlə davam olmayıb. Amma Aygün Kazımova sənətə gələn hər yeni müğənni ilə qalmaqal edib. Natavan Həbibi, Röya Ayxanla dalaşıb. Demək ki, onun özünün reklama ehtiyacı var". Qeyd edək ki, R.Zərgərli A.Kazımovanın ünvanına "Aygün Kazımova klipində Snup Doqun qucağında oturub, o, pornoqrafiya deyil?" sözlərini demişdi. Xalq artisti isə ifaçının ünvanına "Şıntıramellalar" sözünü işlədib. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|