» » Yaşarla aramızda hər şey olub-

Yaşarla aramızda hər şey olub- Firəngiz

Bölmə: Şou, BLOK XƏBƏR
 Yaşarla aramızda hər şey olub-
“O insan 15 ildir həyatımdadır”.

Yaddaqalan obrazlarla tamaşaçı rəğbəti qazanan Firəngiz Mütəllimova sevilən sənətkarlarımızdandır. Xalq artisti şəxsi həyatında baş verən bəzi hadisələri, o cümlədən, mərhum sənətkar Yaşar Nuri ilə şəxsi münasibətləri haqda qaranlıq məqamları ilk dəfə bizimlə bölüşdü.

Xalqinfo.az axar.az-a istinadla xalq artisti Firəngiz Mütəllimova ilə müsahibəni ixtisarla təqdim edir:

- Bu günə qədər haqqınızda yayılan hansı xəbər sizi sarsıdıb?

- Ölüm xəbərim. Yazmışdılar ki, Firəngiz Mütəllimova dünyasını dəyişib, pis oldum. Bir dəfə də deyiblər ki, guya qızım var, amma mən onu gizli saxlamışam. Düzdü, o xəbər mənə pis təsir eləmədi, amma təəssüfləndim. Dedim ki, kaş düz olardı...

- Təbii, ana olmaq hər qadının arzusudur...

- Əlbəttə, ana olmaq hər bir qadının arzusudur, istəyidir. Hansı qadın ana olmaq istəməz ki?! Amma hər şey Allahın əlindədir. O, necə məsləhət bilirsə, elə də olur.

- Firəngiz xanım, çox gözəl qadınsınız, sevilən aktrisasınız. Nə qoymadı ki, şəxsi həyatda xoşbəxt olasınız?

- Şöhrət. Səmimi yanaşanları belə anlamadım. Bilmədim ki, onlar məni sevir, ya Gülnarı. Qaranlıq qaldı o məsələ mənə.

- Rəhmətlik Yaşar Nuri ilə sevgili olmusunuz?

- Xeyr, Yaşar müəllimin ailəsi də məni çox gözəl tanıyır. Yaşar bilirdi ki, mənim həyatımda kim var. O, çox gözəl sirdaş idi. Biz əsl dost idik, aramızda məhəbbətdən başqa hər şey olub. Mən Yaşara elə dərdlərimi demişəm ki, heç ailə üzvlərim o məsələlərdən bixəbər olublar.

- Firəngiz xanım, dediniz ki, həyatınızda olan şəxsin kimliyini Yaşar Nuri bilib. Həmin şəxslə niyə sona kimi alınmadı?

- Siz nə bilirsiniz ki, həmin şəxslə sona kimi alınmadı?! Həmin şəxs indi də həyatımdadır. Mən təzəlikcə xalamı itirdim, bunu açıqlayacaqdım. Qismət belə imiş, sizə deyirəm.

- Belə başa düşdüm ki, bizə şad xəbər verəcəksiniz.

- Sadəcə, ürəyimdən keçənləri deyəcəkdim. Bəzi insanlar bunu düz başa düşmürlər. Ürək dostu deyəndə səhv anlayırlar. Hər bir qadına ürək dostu lazımdır. Elə gərək nəsə olsun?! Sənin həyatda dərdini, sevincini bölüşəcəyin bir şəxs olmalıdır.

- Anladım, sizin həyatınızda artıq belə bir insan var.

- Var, bəli. İlk dəfə sizə etiraf edirəm.

- Bəs yenidən ailə quracaqsınız?

- Yox, elə bir şey istəmirəm. Hər şey vaxtında gözəldir. Bir dəfə ailə həyatı qurdum, alınmadı. O insan 15 ildir həyatımdadır. Mənə belə rahatdır. Nə o ailəlidir, nə də mən.

- Nikah yoxdur, ancaq birlikdəsiniz.

- Bəli, nikah yoxdur. Bütün günü bir yerdəyik, yalandan “yox” deyə bilmərəm axı...

- Firəngiz xanım, məşhur insandır?

- Xeyr, tanınmış deyil. Hər bir qadın kimi, mənim də həyatımda kimsə olmalıdır. Arada düşünürdüm ki, ailə quraq, ancaq sonra əməliyyat olundum, gözümü açan kimi o insanı gördüm. Onunla yaxşı və pis günlərimizi bir yerdə keçiririk, həyatda da əsas budur. Ona görə deyirəm ki, qadına ürək dostu lazımdır.

- Niyə yenidən ailə həyatı qurmursunuz?

- Ailə həyatı qurdum, amma övladım olmadı. Səhnəyə, efirə çıxıb, deyib-gülürük, amma bu o demək deyil ki, problemimiz yoxdur. Mənim də ailəm var, onların da problemləri olur. Həyatdır... Yəni başım o qədər qarışıq olur ki, hərdən özüm də yadımdan çıxıram. Teatrda tamaşa oyna, seriala çəkil, universitetdə dərs de, tələbələrin dərsləri qalsın bir kənara, şəxsi həyatları ilə maraqlan, bu, çox çətindir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler