» » Mətanət Əliverdiyeva verilişdən uzaqlaşma səbəbini açıqladı

Mətanət Əliverdiyeva verilişdən uzaqlaşma səbəbini açıqladı

Bölmə: Şou
Mətanət Əliverdiyeva verilişdən uzaqlaşma səbəbini açıqladı
ATV-nin tanınmış aparıcısı Mətanət Əliverdiyeva “Mənim mətbəxim” verilişindən uzaqlaşıb. Aparıcı verilişdən getmə səbəbləri barədə “Yeni Müsavat”a açıqlama verib:

“Mən bu barədə son verilişdə də açıqlama verdim. Bildirdim ki, işlərimin çoxluğundan verilişdən imtina edirəm. Hər kəsə məlumdur ki, mən serialda da çəkilirəm, üstəlik, ailə qayğılarım da artdığından bu cür qərar verməli oldum.

Bu il kiçik oğlum birinci sinfə qədəm qoydu. Bu mənim üçün hər şeydən önəmli, birinci və əsasdır. Mən indi ona daha çox vaxt sərf etməliyəm.

Bundan sonra verilişi müğənni Niyam Salami aparacaq. Ona da uğurlar arzulayıram”.

Qeyd edək ki, “Mənim mətbəxim” verilişi həftənin bazar günləri saat 13:30-da yayımlanacaq. Sənətçinin ilk qonağı proqramın keçmiş aparıcısı M.Əliverdiyeva olacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler