» » “ATV həmişə bazar olub, pulunu ver, çıx efirə”

“ATV həmişə bazar olub, pulunu ver, çıx efirə”

Bölmə: Şou, BLOK XƏBƏR
“ATV həmişə bazar olub, pulunu ver, çıx efirə”
“Əvvəllər sənətdə, səhnədə bir rəqabət var idi. Bu gün isə səhnə boşdur. Kim səhnədə "partlayış" eləsə, özünə yer tutacaq. Amma məsələ burasındadır ki, heç kəs hərəkət etmək istəmir”.


“Xalqinfo” xəbər verir ki, bunu “Reytinq” qəzetinə müsahibəsində müğənni Aslan Hüseynov deyib. O, bildirib ki, bir məsələni də diqqətdə saxlamaq lazımdır. Söhbət "partlayış"ı hansı proqramda, hansı telekanalda et-məkdən gedir. “Varmı o proqram?” deyən müğənninin sözlərinə görə, əvvəllər maqazin verilişlər var idi, indi onları da ləğv etdilər: “Bilmirəm, maraq itib, yoxsa başqa səbəb var... İndi tanınmaq çox çətindir. Çünki kimdən soruşursan, deyir ki, mən Azərbaycan telekanallarına baxmıram. Görün nə günə qalmışıq ki, Azərbaycanda heç kim öz kanallarımıza baxmaq istəmir. Baxılan iki kanal, vəssalam...

Məsələn, ANS baxırlar. Niyə? Çünki orada insanların problemləri ilə bağlı məsələlər qabardılır. ATV isə həmişə bazar olub, pulunu ver, çıx efirə. Bu gün hamını pul maraqlandırır. Əvvəl rəqabət sənətdə idi. Bu gün rəqabət söyüşlərdə, təhqirlərdədir. İndi müğənni müğənniyə zəng etmir ki, gəl, təzə duet yazaq. Müğənni həmkarına zəng edir ki, gəl, dava edək. Dəfələrlə mənə zəng ediblər ki, dalaşıb, reklam olunaq. Demişəm ki, mənə ucuz reklam lazım deyil. Mən efirə çıxıb camaatı aldada bilmərəm”.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler