» » Samir Bağırov Rəqsanə ilə

Samir Bağırov Rəqsanə ilə işbirliyində

Bölmə: Şou
Samir Bağırov Rəqsanə ilə  Üç ildən çox müddətdir ki, səhnədən uzaqlaşan müğənni Samir Bağırov şou-biznesə geri qayıdır.


Xalqinfo.az-ın məlumatına görə, müğənni həmkarı Rəqsanə İsmayılova ilə yeni işbirliyinə başladığını açıqlayıb:

“Mən hər dəfə yeni işlərimlə səhnəyə qayıdacağımı deyirəm, amma bəzi səbəblərə görə alınmır. Bu dəfə hörmət etdiyim, dəyərli Rəqsanə ilə birlikdə ciddi işlərə başladıq. İnşallah, yeni mövsümdə maraqlı layihə ilə səhnəyə qayıdıram. Bu işdə dəyərli dostum Rəqsanə və özümə uğurlar arzulayıram”.

Rəqsanə də öz növbəsində Samirin sözlərini təsdiq edib:

“Samirlə bizim bir araya gəlməyimiz təsadüfi deyil. Bu mövzuda çox danışmaq istəmirəm. Sürpriz olsun, inşallah yeni mövsümdə tamaşaçılarımız görəcəklər. Artıq hazırlıqlar başlayıb. Qızğın iş gedir. Samirlə birgə çox maraqlı bir proyekt hazırlayırıq. Səbr edin, tezliklə özünüz şahid olacaqsınız”.

Mənbə
“Qafqazinfo”

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler