» » Müğənni ilə alimin döyüş rinqinə çevrilən veriliş bağlandı - FOTOLAR

Müğənni ilə alimin döyüş rinqinə çevrilən veriliş bağlandı - FOTOLAR

Bölmə: Şou, DÜNƏNDƏN-BUGÜNƏ, BLOK XƏBƏR, MANŞET
Müğənni ilə alimin döyüş rinqinə çevrilən veriliş bağlandı - FOTOLAR3 gün öncə qalmaqal baş vermiş "Space” televiziyasının “Günaydın” proqramının bağlanması barədə qərar qəbul edilib.

Xalqinfo.azbildirir ki ANS PRESS-ın məlumatına görə, bunu Trend-ə “Space” televiziyasının icraçı direktoru Kamil Şahverdiyev deyib.

İyunun 30-da “Space” televiziyasında yayımlanan “Günaydın” verilişində baş verənlərlə bağlı kanalın rəhbərliyi ictimaiyyətdən və Milli Televiziya və Radio Şurasından (MTRŞ) üzr istəyib.

K.Şahverdiyevin sözlərinə görə, baş verən qalmaqallı hadisə ilə bağlı tədbir görüləcək: “Televiziyada baş verən hadisə ilə bağlı müzakirələr aparılıb və konkret tədbirlər görülməsi barədə qərar qəbul edilib. Belə ki, iyulun 17-dən etibarən “Günaydın” proqramının verilişi dayandırılacaq və proqram bağlanacaq”.

Qeyd edək ki, iyunun 30-da “Space” televiziyasında efirə yayımlanan “Günaydın” verilişində yazar Əziz Musaoğlu ilə müğənni Mətanət Əsədova arasında qalmaqal baş verib. Verilişdə qonaqlar bir-birinin ünvanına söyüşlər səsləndiriblər.

"Günaydın" verilişində müğənni Mətanət Əsədova ilə yazar Əziz Musa arasında baş verən qalmaqalın qismən səbəbkarı verilişin aparıcısı Vüsalə Kərimova göstərilir. İttiham edən isə M.Əsədovadır.

Məsələylə bağlı verilişin ailə məsələləri üzrə eksperti Hacı Quliyev mətbuata açıqlama verib:

“Vüsalə Kərimova “Günaydın” verilişinin aparıcısı təyin olunandan bu günə qədər verilişdə bir çox qalmaqallar olub. Amma burada Vüsalə xanımın heç bir təqsiri yoxdur".
Müğənni ilə alimin döyüş rinqinə çevrilən veriliş bağlandı - FOTOLAR
Müğənni ilə alimin döyüş rinqinə çevrilən veriliş bağlandı - FOTOLAR
Müğənni ilə alimin döyüş rinqinə çevrilən veriliş bağlandı - FOTOLAR
Müğənni ilə alimin döyüş rinqinə çevrilən veriliş bağlandı - FOTOLAR























































Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler